» » Mirzə Əliyev: "Nazirlik yerli bitki sortlarının genetik ehtiyatlarının qorunması sahəsində xüsusi iş aparır"

Mirzə Əliyev: "Nazirlik yerli bitki sortlarının genetik ehtiyatlarının qorunması sahəsində xüsusi iş aparır"

Mirzə Əliyev: "Nazirlik yerli bitki sortlarının genetik ehtiyatlarının qorunması sahəsində xüsusi iş aparır"

"Kənd Təsərrüfatı Nazirliyi yerli bitki sortlarının genetik ehtiyatlarının qorunması sahəsində xüsusi iş aparır. 30-a yaxın böyük layihəni icra edirik".

APA xəbər verir ki, bunu "Qlobal Ərzaq Təhlükəsizliyi Bitki Genetik Ehtiyatların rolu" mövzusunda keçirilən seminarda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

O bildirib ki, bu cəhətdən BMT Inkişaf Proqramı ilə birgə icra olunan "Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi" layihəsini nümunə göstərə bilərik: "Layihə çərçivəsində fermerlər itib getməsindən ehtiyatlandığımız sortları əkməyə stimullaşdırılır, onlar toxum və tinglərlə təmin edilirlər. Digər bir layihəmiz - Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində isə toxumçulara dəstək verir, onları avadanlıqlarla təmin edirik. Dəyər zəncirlərinin yaradılması istiqamətində yerli toxumçuluq və tingçiliyin inkişafı məqsədilə iki layihəyə investisiya ayırmışıq. Bundan başqa "Aqromüxtəlifyin qorunması" layihəsi vasitəsilə biz çox az sayda yetişdirilən bitkilərin, qədim kənd təsərrüfatı bitkilərin artırılması sahəsində işləri görürük.


Azərbaycanın fındıq istehsalına görə dünya top üçlüyündə olan ölkələrdəndir. Bu səbəbdən biz İtaliyanın böyük şirkəti, eyni zamanda, şirkətin təhli mərkəzi ilə də əməkdaşlıq edirik".
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30