dini radikalizm və ekstremizmlə mübarizə

İvan İvanoviç Karyaginin xatirəsi qeyd olundu

Baxış Sayı:176

İvan İvanoviç Karyaginin xatirəsi qeyd olundu

Bu gün AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan florasının görkəmli tədqiqatçısı, AMEA-nın müxbir üzvü İvan İvanoviç Karyaginin xatirəsinə həsr olunan elmi simpozium keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov açaraq görkəmli alimin Azərbaycan botanika elminə və onun inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, İ.İ.Karyagin 72 illik ömrünün 43 ilini Azərbaycan florası və onun bitki örtüyünün sistematik və floristik tədqiqinə həsr edib, Herbari Fondunun yaradılması və zənginləşdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib.

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə İ.İ.Karyaginin həyatı, elmi və elmi-təşkilati fəaliyyəti haqqında çıxış edərək Azərbaycanda botanika elminin tədqiqi sahəsində özünəməxsus yer tutmuş alimin mənalı ömür yolundan söz açıb.

Daha sonra akademik Məhərrəm Babayev və digərləri çıxış edərək görkəmli alimin xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını bildiriblər.

Tədbirdə Azərbaycan florasının görkəmli tədqiqatçısı, İ.İ.Karyaginin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi böyük marağa səbəb olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR