dini radikalizm və ekstremizmlə mübarizə

“Regionlarda əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili” layihəsinə start verildi

“Regionlarda əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili” layihəsinə start verildi

“Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində “Regionlarda əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində tədbirlərin təşkilinə start verib.

Layihənin əsas məqsədi Bakı şəhərində ali və orta məktəblərdə tələbə və şagirdlər arasında seminarlar təşkil etmək və onları bu sahədə maarfiləndirmək.

Layihənin icrasına əsasən yeniyetmə və gənclərdən ibarət qrup cəlb olunacaq. Hər qrupda 50 nəfər olmaqla 200 nəfər arasında 4 seminar təşkil olunacaq. Seminarlar 3 saat davam edəcək və sonda suallar cavablandırılacaq. Seminarlar zamanı paylamaq, eləcə də yeniyetmə və gənclərin dişlərinin sağlamlığının vacibliyini daha yaxşı anlamaları üçün maarifləndirici bukletlər hazırlanacaq.

Qeyd edək ki, “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin 2010-cu ildən etibarən icra etdiyi layihələrin məqsədi hər zaman gənclərin vətənpərvər, bilikli, dövlətçil olmasına, sağlam həyat tərzini seçmələrinə kömək olmaqdan ibarət olub. İctimai Birlik sağlam həyat tərzinin təbliği ilə bağlı bir çox layihələr həyata keçirib

Oxunub: 546
Oxşar xəbərlər
SON XƏBƏRLƏR