dini radikalizm və ekstremizmlə mübarizə

İcra başçısına ağır itki üz verdi

İcra başçısına ağır itki üz verdi

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə ağır itki üz verib.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, icra başçısının qardaşı Nizami Məhərrəmov qəfil vəfat edib.

Bildirilir ki, Mahir Quliyevin qardaşı son vaxtlar ürəyindən şikayətlənirmiş. Bir neçə gün əvvəl həkim müayinəsindən keçən Nizami Məhərrəmovun əməliyyat edilməli olduğu bildirilib.

Bakıdakı klinikalardan birində ürəyindən şuntlama – "anju” əməliyyatı keçirilən icra başçısınının qardaşının halı qəfil daha da pisləşib. Məlum olub ki, cərrahi əməliyyat prosesi zamanı N.Məhərrəmovun beyninə qan sızıb. O, xəstəxanada keçinib.

Oxunub: 545
Oxşar xəbərlər
SON XƏBƏRLƏR