dini radikalizm və ekstremizmlə mübarizə

Tarixçi alim İradə Hüseynovanın kitablarının təqdimat mərasimi keçirildi

Tarixçi alim İradə Hüseynovanın kitablarının təqdimat mərasimi keçirildi

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” Kafedrasının müdiri, Tarix elmləri doktoru, Prof. İradə Hüseynova tarixçidir. Onun tarixi mövzuda yazdığı əsərlərdən müəllimlər və tələbə-gənclər dərslik vəsaiti kimi istifadə edirlər. Mayın 29-da “Azərkitab”-ın konfrans salonunda “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”ictimai birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin birgə təşkilatçılığı ilə Prof.İradə Hüseynovanın tarixi mövzuda yazdığı kitabların təqdimat mərasimi keçirildi. Təqdimat mərasimini “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”ictimai birliyinin sədri xanım Arzu Bağırova açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” ictimai birliyinin sədri, Milli Məclisin deputatı xanım Qənirə Paşayeva, Milli Məclisin digər deputatları-tarix elmləri doktoru, Prof.Musa Qasımlı, Elman Nəsirli, Aydın Hüseynov, tarixçi alim, ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və başqaları xanım İradə Hüseynovanın dövlətçiliyə sadiq olduğunu qeyd etdilər.
İradə xanım fəaliyyətinə dəyər verərək təqdimat mərasiminə gələnlərin hər birinə, xüsusən, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”ictimai birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin rəhbərlərinə, o cümlədən, “Azərkitab”ın rəhbəri Sabir müəllimə təşəkkürünü bildirdi.Xanım İ.Hüseynova çap etdirdiyi kitabları imzalayaraq oxuculara təqdim etdi.


Şamilə Şamil qızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi.
Tarixçi alim İradə Hüseynovanın kitablarının təqdimat mərasimi keçirildi
Tarixçi alim İradə Hüseynovanın kitablarının təqdimat mərasimi keçirildi
Tarixçi alim İradə Hüseynovanın kitablarının təqdimat mərasimi keçirildi
Tarixçi alim İradə Hüseynovanın kitablarının təqdimat mərasimi keçirildi

Oxunub: 593
Oxşar xəbərlər
SON XƏBƏRLƏR