dini radikalizm və ekstremizmlə mübarizə

Qax Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova TRT “Türkiyənin səsi” radiosunun qonağı olub

Qax Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova TRT “Türkiyənin səsi” radiosunun qonağı olub
TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonaqları Sultan Özateş, Qalibə Cəfərova və Güllü Əhmədovadır.

Sevda Mirzə (aparıcı): Bu gün TRT “Türkiyənin səsi” radiosunun Türkiyə və Azərbaycan Respublikasından qonaqları var. Türkiyədən olan qonağımız Sultan xanım Özateşdir, Ankara Sənət Platformasının direktoru. Azərbaycandan olanlar isə çağdaş türk şeirinin nümayəndələri Qalibə Cəfərova və Güllü Əhmədovadır.

Sultan Özateş (Ankara Sənət Platformasının direktoru): İkinci dəfə studiyanıza qonaqolma qürurunu yaşayıram. Müəlliməyəm. Əcdadımızın sənətinə – türk əl sənətlərinə sahib çıxan, bunları icra edən könüllülər, o cümlədən, yazıçı və şairləri türk dünyasının mədəniyyət, sənət, təhsil tədbirləri çərçivəsində birləşdirən qeyri-hökumət təşkilatı – Ankara Sənət Platformasının rəhbəriyəm.Yaxınlarda yenə gözəl bir tədbirimiz oldu Ankarada: Kızılay meydanı Zafer Çarşısında Azərbaycan-Türkiyə başlıqlı Beynəlxalq X Ankara İncəsənət Festivalını etdik. Siz də TRT Azərbaycan redaksiyası olaraq tədbirimizdə idiniz. Azərbaycandan da çox dəyərli qonaqlar gəlmişdi. İki dövlət, bir millət olan Azərbaycan və Türkiyə arasında rəsm, əl sənətləri və kitab yazarlarının sənət festivalı idi bu. Festival bir növ bu iki dövlətin türk günləri oldu. Azərbaycan Respublikasından Qalibə Cəfərova, Güllü Əhmədova, Aybəniz Qafarlı, İlahə Əhmədova, Qabil Ədalət və Gənclər Birliyindən 7 şair var idi. Türkiyənin ayrı-ayrı şəhərlərindən isə 76 əl sənətçisi və şair gəlmişdi. Azərbaycan və Türkiyə bacı-qardaşları bir araya gələrək kitablarının təqdimatını keçirdilər. Şair Qalibə Cəfərova həm də sulu boya ilə rəsmlərilə qatıldı sərgiyə. Burada “Hədiyyəlik sərgi” çərçivəsində əl sənətləri nümunələri həm də satılırdı.

Sevda Mirzə (aparıcı): Bu yerdə mən qeyri-rəsmi bir məlumatı da çatdırmaq istəyirəm: gələn qonaqların haradasa yarısı sizin evinizdə qonaq qaldı. Bu da o deməkdir ki, siz nəinki Azərbaycan-Türkiyə başlıqlı ictimai tədbirlər təşkil edir, həm də evinizdə Azərbaycan qadın şairlərini müsafir edirsiniz. Məncə, bu, səmimiyyətin yüksək dərəcəsini göstərir.

Sultan Özateş (Ankara Sənət Platformasının direktoru): 10 ildir festival təşkil edirəm. 2013-cü ildən bəri Azərbaycan-Türkiyə arasında layihə həyata keçirirəm. İki ölkə arasında hər birimiz könüllüyük. Qonaqlarım sadəcə öz yol pullarını verib gəlirlər. Kişilər bizim başqa dostların evində, qadınlar isə mənim evimdə qonaq olur.

“Turana açılan könüllər” antologiyasının (I və II cild) tərtibatçıları Aybəniz Qafarlı və Qabil Ədalət də bu dəfə Türkiyədə oldu. Onları biz ailəcə qarşıladıq. Mən burada onlara necə xərc çəkirəmsə, Bakıda da onlar bizimçün edir, məsələn, Qalibə Cəfərova və ailəsi.

Qalibə Cəfərova (şairə): Sultan xanım, Sevda xanım, sizə də, TRT rəhbərliyi və kollektivinə də təşəkkür edirəm bizi dəvət etdiniz. Siz hər zaman bizim səsimiz oldunuz. Dünya azərbaycanlılarına, türk dünyasına salamlar deyirəm buradan. Qucaqdolusu sevgilərimizi gətirmişik. Biz çox sevincliyik ki, birik, birlikdəyik, hər zaman da bir olacağıq. Sultan xanımın evi mənim evim, bizim evimiz də Sultan xanımın evidir. Biz bir ailəyik. Beş ildir birlikdə əl-ələ, dil-dilə eyni gözəlliyi paylaşırıq.

Sevda Mirzə (aparıcı): Sultan xanım, demək olar ki, hər zaman bizim redaksiyanı tədbirlərinə dəvət edib və biz də gəlmişik. Hər dəfə də sizi – Sultan Özateş və Qalibə Cəfərovanı milli geyimlərdə görürük.

Qalibə Cəfərova (şairə): Millətimi, dövlətimi, bayrağımı, milli geyimlərimizi çox sevirik. Bütün tədbirlərimizdə geyinirik. Ablam, sultanım, başkanım Sultan xanımla ilk dəfə Ankarada Müəllimlər Evində görüşdüyümüz zaman mən soruşdum: “Ablam, bir də Ankaraya gələrkən sənə nə gətirim Azərbaycandan?” Mənə qayıtdı ki: “Bir ovuc ana-ata torpaqlarından gətir. Başqa heç nə istəmirəm”. Dedim: “Torpaq öz yerində, başqa nə istəyirsən?” O, mənə heç nə deməsə də, mən təpədən dırnağa bir Azərbaycan milli geyimini gətirdim ona. Təxminən 1000 nəfərlik bir zalda 5 saat boyu Azərbaycanın, Türkiyənin şəhərlərindən və dünyanın ayrı-ayrı yerlərindən gələn qonaqların qarşısında Sultan Özateş mənim gətirdiyim Azərbaycan milli geyimi ilə festivalı apardı. Mən çox böyük qürur hissi duydum bundan.

Sevda Mirzə (aparıcı): Azərbaycan və Türkiyə milli geyimlərini yaxınlaşdıran bir mühüm rəng var: qırmızı. Hər zaman Sultan xanım tədbirlərdə qırmızı geyinir.

Qalibə Cəfərova (şairə): Bəli.

Qırmızı – doğuş rəngimiz.

Əslimiz – türklüyümüz.

Qırmızıya bükülərək

Şəhidlər tək ölərik.

Həqiqətən çox sevirik qırmızı rəngi.

Sevda Mirzə (aparıcı): Bayrağımızın altında dünyadan köçmək böyük bir şərəf və qürurdur.
Qax Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova TRT “Türkiyənin səsi” radiosunun qonağı olub
Güllü Əhmədova (Qax rayonu Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru): Çox təşəkkür ediəm ki, bizi dəvət etmisiniz. Mən Azərbaycanın Qax rayonundan gəlmişəm. Mərkəzləşmiş Kitabxana Sisteminin direktoruyam. Birmənalı olaraq ömrüm kitablar arasında keçib. Ankara Sənət Platformasının təşkil etdiyi festivala dəvət olundum Sultan Özateş tərəfindən.

Mən kitabxanaçı olduğum üçün bunu deyim ki, türk klassik yazıçılarının əsərləri bizim kitabxanada var. Amma mən bugünkü gənc, yeni Türkiyə yazarları ilə burada tanış oldum, bir-bizimizə kitab hədiyyə etdik. O cümlədən də türk əl sənəti nümunələrinin nümayiş olunduğu sərgidə oldum. Başqa tədbirlərə də qatıldım. Çox möhtəşəm oldu. Günlərimiz çox gözəl, festival da çox uğurlu keçdi.

Mənim bir kitabım var: “Saflıq çeşməsi Qax”. Həm publisistik məqalələrdən ibarətdir. Sultan Özateşin tövsiyyəsi ilə o kitabla iştirak etdim.

Sultan Özateş (Ankara Sənət Platformasının direktoru): Bu festivalda əl sənətləri dediyimiz nələr nümayiş olundu? – Keçə sənəti, ağacoyma sənəti, dəri sənəti, muncuq sənəti, yerli yeməklər, Lösev xəstəsi və şəhid uşaqlarına bağışlanacaq rəsimlər. O qədər dərya insanları bir araya gətirdik ki. Əslində əl işlərimizi sərgiləyəcək yer də tapmırıq. Bunları böyük sərgilərdə xalqa açmaq istəyirik. Ankarada ATO-da sərgilər olur, amma 2-3 metr yer və 9-10 günlük sərgi üçün 4000 min liraya yaxın pul lazımdır. Buna bizim gücümüz çatmır. Ona görə biz Ankara Böyükşehir Bələdiyyəsindən Kızılay Meydanına yaxın Zafer Çarşısını istəyərək kirayələdik. O kirayə pulunu da iştirakçılarla paylaşdırdıq, dedik: “Gəlin, hər birimiz bir yer alaq, orada həm Azərbaycanlı, həm də Türkiyədəki bacı-qardaşlarımızın əl işlərini sərgiləyək. 2019-cu ilin iyul ayında Ankarada təkrar görüşəcəyik. Türkiyənin Sinop şəhərində də sərgi edəcəyik. Avqust ayında isə Azərbaycana hərəkət edəcək, əl işlərimizi aparacağıq. Aybəniz Qafarlı, Qalibə Cəfərova və Almaz İlahə Əhmədovanın ev sahibliyilə Qax rayonu kitabxanasında ədəbiyyat tədbiri edəcəyik. İlisuda isə sərgimizi xalqa açacağıq. Bunlarla biz bir ilki bacaracağıq.

Yenə bir ilkimiz var. Türkiyə və Azərbaycan arasında olan yarışda mən 3, Qalibə Cəfərova 2 əsərilə birinci olduq. Biz 19 ölkə arasından birinci seçildik. Çox çalışdıq, günlərlə çalışdıq. Cəbiyeva Aygün Akif qızı “Atam”, Habir “Yaş” adlı şeirilə üst-üstə 3 il birinciliyi kimsəyə vermədi.

Azərbaycanın Dünya Tv kanalında qonaq olduğumuz proqramda müğənni Səyyad Əlizadə də var idi. O, bizdən birincilik qazanan əsərlərimizi istədi, verdik. Bizdən pul almadan, təmənnasız olaraq onu bəstələdi, mahnı etdi, albomuna qoydu və Türkiyəyə 20 albom göndərdi. Biz də qərar verdik ki, o zaman biz Səyyad Əlizadəni 2019-cu ilin iyul ayında Qalibə Cəfərova ilə birlikdə Ankarada bizim tədbirlərin qala konsertinə dəvət edək.

Qalibə Cəfərova (şairə): Mənim 9 kitabım var. O kitabların sonuncusu Sultan xanımın koordinatorluğu ilə Ankarada çıxıb, “Vətən” adıyla. Mən bu gün sizə birinci “Türk qadını” şeirini oxuyuram.

Sən Atatürk adında istiqlalı doğurdun,

Ellərə qurtuluşçün İstiqbala yürüdün.

Cəbhələr keçdin min-min,

Atınla əldə süngün.

Sən ön cərgələrdəydin,

Dilində zəfər himnin.

Dik tut başı hər an sən:

İrəliyə gedirsən.

Asenasan, Tomrissən,

Qorxaqlara gülürsən.

… Səni duyanlar duyur,

Türk qadınım, şərəfim.

Səni qucaqlayır, bax,

Böyük Türk məmləkətim

Böyük Türk səltənətim.

Sultan Özateş (Ankara Sənət Platformasının direktoru): Qalibə Cəfərova çox duyğulu və fərqli bir şairdir. Onun Turan sevgisi, türk sevgisi başımın-gözümün üstündədir. Mən necə Azərbaycan üçün ölürəm, o da Türkiyə üçün ölür.

Üzüldüyüm bir hadisəni də söyləmək istəyirəm. Azərbaycandan Türkiyəyə dostlarımız gəlir, burada çalışıb çörək pulu qazanırlar. Bəziləri sosial media üzərindən yanlış şeylər paylaşırlar. Bizim ölkəmizdə də dirəklərdə bayraqlar asılar. Azərbaycan bayrağı asıldığı zaman əgər yanlışlıq olursa, bəziləri bunu Türkiyənin Azərbaycan bayrağına hörmətsizliyi kimi paylaşırlar. Azərbaycandan da o paylaşmanın altına bizi üzəcək sözlər yazırlar. Mən buradan bütün qardaşlarımıza səslənirəm: bayraq qandır, candır, atadır, babadır, namusdur, şərəfdir. Bayraq dirəyə asılır, binalara asılır, biz onu göylərə çekirik. Biz bayrağa qarşı hörmətsizlik etmərik. Türkiyə xalqı Azərbaycan üçün can verər, Azərbaycan da Türkiyə üçün. Bacı-qardaşlarıma demək istəyirəm ki, bayraq asılmasını, bayrağın masada ayaqlı şəkildə qoyulmasını, ümumiyyətlə, Azərbaycan bayrağının asılma formasını bilməyənləri “hörmətsiz” adlandırıb, yazı paylaşıb, oradakı xalqı bizə qarşı qaldırmasınlar, yanlış düşünməyə səbəb olmasınlar.

Sevda Mirzə (aparıcı): Azərbaycan və Türkiyə dövlətlərinin başqalarından fərqi odur ki, onlar bir-birinə qardaş demişlər. Qardaş demək – ailə deməkdir. Bir qardaş bir qardaşının səhvini özünə deyər ki, düzəltsin, məncə də, dost-düşmən yanında ağartmaq, biabır etmək doğru yol deyil.

Sultan Özateş (Ankara Sənət Platformasının direktoru): Bəzən bir bələdiyyə olar, qurum olar, insan olar, səhv edə bilər, deyərsən, düzəldər. Onsuz da türk dövlətlərinin düşmənləri çoxdur. Birincisi, biz düşmənlərə fürsət verməməliyik. İkicisi də, bir anda o bayrağa, şəhidlərə hörmətsizlik kimi qəbul etməyək. Mən bir müəlliməyəm. İki ölkə arasında təkcə öz maaşımla 5 ildir bacı-qardaşları bura gətirirəm, ora aparıram. Mən bunları niyə edirəm? Çünki ora mənim anamın ata torpağıdır. Mənim anamın anası Qarsa gəlib. Atam Ərzurumdandır, onun da atası Kərkükdən gəlib, Çanaqqalada şəhid olub. Mən Türkiyədə doğulub boya-başa çatsam da, Azərbaycan mənim ata torpağımdır. Ümumi kökümüz isə Orta Asiyadır, türkük. Türkün türkdən başqa dostu yoxdur. Düşmənlərimizə fürsət verməməliyik. Və lütvən, hər kəs birlik yaratsın, sevgi yaratsın.

Qalibə Cəfərova (şairə): Kim birliyimizi, qardaşlığımızı sevirsə, nöqsanları yavaşdan deməlidir, kimsə duymadan bunu etməlidir. Söz düşmüşkən mən bu yerdə “Bayrağım” şeirini oxumaq istəyirəm.

Canından keçdiyim,

Uğrunda öldüyüm,

Şəhidkən büküldüyüm

Bayrağım.

Vurğunun minyonlardır,

Yolların istiqlaldır,

Düşmənlərin ki, xardır,

Bayrağım.

Uca-uca göylərin,

Sənə qurban ellərin,

Dastanı könüllərin,

Bayrağım.

Canıma can olanım,

Dünya, cahan olanım,

Azərbaycan olanım

Bayrağım, bayrağım.

Turanım, bayrağım.

Sultan Özateş (Ankara Sənət Platformasının direktoru): TRT bütün Türkiyə dünyasının can otağıdır. Mənim yaşım 40-ı keçib. Uşağlığımı TRT ilə açmışam. Bu ana televiziya hamımızı birləşdirir. Mən TRT vasitəsilə bütün türk cümhuriyyətlərinə, harada türk varsa, onlara şeirimlə səslənmək istəyirəm.

Türk nesliyiz: ne köleyiz, ne uşağız.

Oğuz soyu, türk nesliyiz,

Ne devşirme, ne yersiziz.

Tuna boyu türk nesliyiz,

Ne Batının, ne Doğunun.

Oğuz soyu, Fıratın iziyiz.

Ne muhacir, ne göçmeniz.

Turan yolu, türk nesliyiz.

Ne dustağız, ne arsızız,

Oğuz soyu, Hilalın rengiyiz,

Ne devşirme, ne soysuzuz,

Quran yolu, Türk nesliyiz.

Ne Fransız, ne Almanız,

Oğuz soyu, Asımın nesliyiz.

Ne bölünür, ne biteriz.

Hakkın yolu, türk nesliyiz.

Ne yabancı, ne hainiz.

Azerbaycan soyu, Ademin sesiyiz.

Ne ayrılır, ne korkarız.

Vatan yolu, Türk nesliyiz,

Ne orada, ne burada,

Kerkükün ilinde, Kafkazlarda.

Ne silinir, ne kaçarız.

Bayrak yolu, Türk nesliyiz.

Ne Telafer, ne Kafkasya,

Oğuz soyu, Hiranın mührüyüz.

Ne biteriz, ne susarız.

Bozkurt yolu, Türk nesliyiz.

Ne ırkçı, ne de duşman,

Oğuz soyu, Resulun özüyüz.

Ne kimsesiz, ne sahibsiz,

Emanetin yolu, Türk nesliyiz.

Atatürkün izmi, Aliyevin iziyiz.

Qalibə Cəfərova (şairə): Mən də bu şeiri söyləməsəm, olmaz. Biz Azərbaycan türküyük. Bizə azəri deyirlər. Amma biz deyirik ki, “bizə azəri deməyin”.

Biz azəri deyilik, Azərbaycan türküyük.

Əcdadımız bəllidir, Oğuzların nəsliyik.

Soyumuz, kökümüz bir.

Bozqurddur əslimiz bir.

Bizi ayırmaq olmaz.

Göytürk nəfəsimiz bir…

Yaşa, Turan ordusu,

Qalibiyyət sənindir

Azərbaycan türkləri

Ölməz əsgərlərindir.

Azərbaycan türkləri

Ölməz şəhidlərindir.

Sevda Mirzə (aparıcı): Qalibə xanım, siz həm də Azərbaycanın qədim “Sarı gəlin” mahnısının tədqiqatçısı və gözəl ifaçısısınız. Ona görə sizi “Sarı gəlin”siz buraxmaq istəmirik.

Qalibə Cəfərova (şairə): Sevda xanım, bizə bu gözəl şəraiti yaratdığınız üçün sizə də minnətdarıq, TRT rəhbərliyinə də.

Oxunub: 587
Oxşar xəbərlər
SON XƏBƏRLƏR