dini radikalizm və ekstremizmlə mübarizə

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” uğurla yekunlaşdı.

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” uğurla yekunlaşdı.
Mingəçevir Gənclər Evinin, Mingəçevir Gənclər və İdman İdarəsinin, “Gələcək Gənclərlə Gələcək“ GİB-nin, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin (DVC) dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Gənclər Evinin ev sahibliyi ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” layihəsi uğurla yekunlaşdı.

Həyacan və böyük maraqla davam edən debatların nəticəsi olaraq “Qarabağ” və “Bermud” komandaları finala vəsiqə qazandılar.
Finalda daha uğurlu çıxış edən “Qarabağ” komandası forumun qalibi adını qazandı.


"Final mükafatlandırma və bağlanış mərasimi"də açılış nitqi ilə çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı,bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi.

Daha sonra Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə 5 yaşını qeyd etməyə hazırlaşan mərkəzin uğurlu fəaliyyətindən danışaraq qarşıda duran plan və vəzifələrdən söhbət açdı.
Mingəçevirdə sistemləşdirilmiş debat şəbəkəsinin Mingəçevir Regional Debat Mərkəzinin adı ilə bağlı olduğunu vurğulayan E.Sadıqzadə, hazırda Mingəçevirdə debat fəaliyyəti ilə məşğul olan bütün təşkilatların və gənclərin birbaşa və ya bilavasitə Mingəçevir Regional Debat Mərkəzindən bəhrələndiyini qeyd etdi.

Tədbirin gedişində çıxış edən Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev tələbələrin arasında bu kimi tədbirin keçirilməsinin vacibliyindən söhbət açaraq MDU TGT olaraq hər zaman gənclərin inkişafına dəstək olan tədbirin keçirilməsinə dəstək olduqlarını bildirdi.

Sonda qalib komandaya kubok və medal,ən yaxşı natiqlərə medal,bütün iştirakçılara sertifikat verildi.

Qeyd edək ki, debatlar Milli Debat Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin ( The Ministry of Youth and Sport of the Republic of Azerbaijan) və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) tərəfdaşlığı ilə bu il 19-u keçirilən Respublika Gənclər Debat Forumu (#RGDF) Azərbaycan Respublikası mötəbər beynalxalq tədbirlərə ev sahibliyi etməsi və 2019-cu ildə “Formula 1 Grand Prix” yarışının ölkəmizdə keçirilməsinə əsasən “Beynalxalq tədbirlərin keçirilməsinin ölkənin inkişafında rolu” mövzusu ətrafında reallaşacaq.


#dvc20 #azdebate #mingecevirdebate #MingecevirGenclerEvi #MGII#GGGGIB #ARGIN #RGDF19 #RGDF2019

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” uğurla yekunlaşdı.
“Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” uğurla yekunlaşdı.
“Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” uğurla yekunlaşdı.
“Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” uğurla yekunlaşdı.
“Mingəçevir Gənclərin Regional Debat Forumu: Heydər Əliyev Yaz Kuboku 2019” uğurla yekunlaşdı.

Oxunub: 722
Oxşar xəbərlər
SON XƏBƏRLƏR