» » Hicran Hüseynova: "Sual verdilər ki, intihar edən uşaq niyə üç dəfə məktəb dəyişib?"

Hicran Hüseynova: "Sual verdilər ki, intihar edən uşaq niyə üç dəfə məktəb dəyişib?"

Hicran Hüseynova: "Sual verdilər ki, intihar edən uşaq niyə üç dəfə məktəb dəyişib?"
"Boşanma zamanı ağsaqqallar üzə çıxmır".

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda deyib.


O bildirib ki, Azərbaycan xalqının gözəl adət-ənənələri var: "Elçiliyə gedəndə ağsaqqalları-ağbirçəkləri aparırlar. Onların sözlərinə önəm verilir. Amma boşanma zamanı onların heç biri üzə çıxmır. Axı bu, düzgün deyil. Axı həmin ağsaqqal, ağbirçək o evliliyə, o qıza görə məsuliyyət daşıyır. Yeni qurulan ailələrdə problem yaşandıqda onlar müdaxilə edib barışdırmağa çalışmalıdırlar. Buna görə də ağsaqqallıq institutu öz fəaliyyətini genişləndirməlidir".


O qeyd edib ki, məktəblərin, sosial işçilərin uşağa çox böyük təsiri olmalıdır, amma valideyn də məsuliyyətdən yayınmamalıdır: "O uşağın intiharı ilə bağlı bir nəfər sual verdi ki, niyə məktəbini 3 dəfə dəyişib? Valideynlər uşaqlarla maraqlanmalı, onlarla müntəzəm şəkildə söhbət etməlidirlər. Bəli, problemlər çoxdur, amma deyim ki, Azərbaycanın ailə modeli dünyanın bir çox ölkəsinə nümunə ola bilər".
Oxşar xəbərlər
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031