dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda it və pişiklərin sayı artıb

Azərbaycanda it və pişiklərin sayı artıb
Azərbaycanda itlərin və pişiklərin populyasiyalarının artımı müşahidə olunur.

Oxu.Az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ev heyvanlarının peyvəndi bu sahədə atılan addımlardan biridir:

“Dünyada itlər və yaxud da pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirir və təbii olaraq ölürlər. Dünya təcrübəsinə görə, heyvanların 70-75 faizi peyvənd olunarsa, bu, artıq xəstəliyin baş verməməsinə gətirib çıxarır”.

Şöbə müdirinin sözlərinə görə, quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır:

“Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır. Oral vaksinasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Ona görə də bunu əvvəlcədən qiymətləndirmək lazımdır. Müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır.

Oral vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya edirlər və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır.

Hazırda oral vaksinasiya yoxdur, olanda da qış mövsümündə olur. Qış mövsümündə heyvanlar daha ac olur. Oral vaksinasiya helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir”.

Asif Ömərov qeyd edib ki, Azərbaycan ötən il 250 min vaksin almışdısa, bu il 270 min vaksin sifariş verilib.

Oxunub: 606
Oxşar xəbərlər
SON XƏBƏRLƏR