dini radikalizm və ekstremizmlə mübarizə

Qubada insan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Qubada insan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Daxili İşlər və Təhsil nazirliklərinin birgə təşkilatçılıgı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alverinin qurbanlarına psixoloji-hüquqi yardımın göstərilməsi və insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universtetinin Quba filalında və Quba şəhərində valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində tədbir keçirib.

Djb.az-in Unikal.org-a istinadən məlumatına gorə, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və "XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.


QHT sədri dövlət başçısı İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın uğurla icra olunduğunu vurğulayıb. M.Əmirhüseynova bu gün İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətin yüksək səviyyədə oldugunu və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə apardıgını önə çəkib.


Həmçinin DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis-mayoru Emin Əsədov çıxışında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən vətəndaşları insan alverinə necə cəlb etmələri, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib.


Tədbirdə müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb, bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib və bukletlər paylanılıb.

Oxunub: 650
Oxşar xəbərlər
SON XƏBƏRLƏR