dini radikalizm və ekstremizmlə mübarizə

Bakı avtovağzalında pulsuz internet olacaq - Wi-Fi qurlaşdırılır

Bakı avtovağzalında pulsuz internet olacaq - Wi-Fi qurlaşdırılır
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.

Djb.az xəbər verir ki, bunu Unikal.org-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.


Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək:


“Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində - gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər”.


Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.

Oxunub: 590
Oxşar xəbərlər
SON XƏBƏRLƏR