dini radikalizm və ekstremizmlə mübarizə

Balaş Qasımovun komandası “Nə? Harada? Nə vaxt?”da qalib gəldi

Balaş Qasımovun komandası “Nə? Harada? Nə vaxt?”da qalib gəldi
“Nə? Harada? Nə vaxt? (rusca «Что? Где? Когда?») intellektual proqramının yaz mövsümünün final oyunu başa çatıb.

Djb.az-in Oxu.az-a istinadən məlumatına gorə, final oyunu aprelin 21-də baş tutub.

Azərbaycanlı parlaq zəka, Brilyant və Büllur Bayquş mükafatlarının qalibi Balaş Qasımovun komandası tamaşaçılara qarşı oynayıb və qalib gəlib.


Komandanın tərkibində üçqat Büllur Bayquş mükafatçısı Dmitri Avdeyenko (Moskva), üçqat Büllur Bayquş mükafatçısı Yuliya Lazareva (Moskva), ikiqat Büllur Bayquş mükafatçısı Mixail Skipski (Sankt Peterburq), ikiqat Büllur Bayquş mükafatçısı və “Nə? Harada? Nə vaxt?” oyunun magistrı Yelizaveta Ovdeyenko (Moskva), başqa bir azərbaycanlı zəka Elman Talıbov yer alır.


Qeyd edək ki, mövsümün bağlanış oyunu həm də klubun tarixində beş yüzüncü final oyunu olması ilə əlamətdar olub.

Oxunub: 631
Oxşar xəbərlər
SON XƏBƏRLƏR