» » Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti imtahan keçirib - FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti imtahan keçirib - FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti imtahan keçirib - FOTO
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən qiymətləndiricilərin peşə hazırlığının yüksəldilməsi üçün “Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi üzrə” mütəxəssislərin sertifikatlaşdırılması məqsədilə təşkil edilən kursun yekunlaşması ilə əlaqədar imtahan keçirilib.

Djb.az DİA.AZ-a istinadən xəbər verir ki, AQC sədri Nüsrət İbrahimov, AQC sədr müavini Vüqar Oruc, AQC İdarə heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi İbrahim Quliyev tərəfindən keçirilən imtahana iştirak edən 28 iştirakçıdan 15 nəfəri qatılıb. Əsgərov Orxan (“Paşa Bank” ASC”), Əliyeva Zərifə (“İnvest-M” MMC), Sadıqov Hikmət (“Paşa Bank” ASC), Fərzəliyev Fərzalı (“İnvest-M” MMC), Eminov Xaqani (“VECON” MMC), Mehdiyev Emin (AB Consulting), Həşimov Nail (Azintellektservis) imtahan nəticələrinə görə digər iştirakçılardan fərqlənmiş və “Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi üzrə” sertifikata layiq görülmüşlər. AQC sədri Nüsrət İbrahimov yekunlaşmış kursla bağlı verdiyi açıqlamada bildirib ki, keçirilən kursların ölkə qiymətləndiricilərin peşə səvviyyəsinin yüksəlməsinə təsiri göz qabağındadır. O, deyib: “Hər kurs özündən əvvəlkinə nisbətən öz mükəmməlliyi və peşəkar səvviyyəsi ilə fərqlənir. AQC 2019-cu ilin fəaliyyət planları daxilində bundan başqa biznesin, avtomobillərin, zinyət əşyalarının qiymətləndirilməsi üzrə də kursların keçirilməsini planlaşdırır. Məqsədimiz qiymətləndirmə bazarında iştirakçı şəxs və təşkilatların peşəkar bilib və təcrübələrini təkmilləşdirmək, professional səviyyəni yüksəltməkdir”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti imtahan keçirib - FOTO
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930