dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyəyə ən müasir qatarla səfər: 10 vaqon gətirilir

Türkiyəyə ən müasir qatarla səfər: 10 vaqon gətirilir
Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttində Bakı-Ankara-Bakı reysi üzrə hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.

Djb.az Report-a istinadla xəbər verir ki, İsveçrənin “Stadler” şirkətinə məxsus qatarlar 6 gün ərzində Türkiyəyə çatdırılıb. Bakı-Ankara reysi üzrə gecə səfərləri edəcək qatarda 9 yataqlı vaqon və 1 yemək vaqonu olacaq.


Lokomotiv vasitəsi ilə hərəkət etdirilərək gətirilən vaqonlar Azərbaycana yola salınacaq.


Qeyd edək ki, BTQ üzrə Bakı-Ankara-Bakı reysi 2019-cü ilin sonunda fəaliyyətə başlayacaq.


Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.

Oxunub: 565
Oxşar xəbərlər
SON XƏBƏRLƏR