dini radikalizm və ekstremizmlə mübarizə

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
Bir zamanlar qəzetlər əsas informasiya mənbələrindən biri olsa da indi qəzetləri oxuyan sayı çox azdır. Azərbaycanda qəzetlərə dövlət dəstəyi verilsə də bu da yetərli olmadı. Qəzetlərə marağın azalmasının əsas səbəblərin biri saytların meydana çıxmasıdır. Saytların operativliyi, qəzetlərin isə fərqlənmək üçün hərhansı bir addım atmaması bu böhranın daha da genişlınməsinə səbəb oldu. Hazırda isə media aləmində başqa bir böhran müşahidə edilir. Bu isə, son zamanların trendi olan sosial şəbəkələrin xəbər mənbəyi olaraq önə çıxmasıdır. Sosial şəbəkərin populyar olması isə saytları marağı azaldır desək, yanılmarıq. Bəs görəsən sosial şəbəkələr nə zamansa güvənilən xəbər qaynağı olacaqmı? Saylar bu böhrandan çıxmaq üçün nə etməlidir?

Məsələ ilə bağlı Modern.az-a danışan Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, sosial şəbəkələrin media strukturlarını sıradan çıxaracağını düşünmür.

“Hər şeydən əvvəl ona görə ki, media orqanı yaydığı xəbərə görə konkret məsuliyyət daşıyan bir orqandır. Onun peşəkarlıq kodeksi var. Sosial şəbəkə isə Həsənsoxdu dəyirmanıdır, burada hər kəs heç bir məsuliyyət hiss etmədən istədiyini paylaşır və atın izi itin izinə qarışır. Yəni xəbər əldə etmək üçün münasib platforma deyil. İkincisi, sosial şəbəkədə medianın ancaq 1-2 yüngül janrı yaşaya bilər. Ciddi janrlar - məsələn, publisistika, araşdırma və s. üçün sosial şəbəkə uyğun mühit sayıla bilməz. Üçüncüsü, sosial şəbəkədə kütlənin diktaturası var, hər şeyi o həll edir, peşəkar media isə heç vaxt xəbər siyasətini kütlənin kefinə uyğun qurmamalıdır. Başqa səbəblər də saya bilərəm, amma məncə bu üçün yetərlidir. Sosial şəbəkə sadəcə, bir paylaşım platforması kimi yaxşıdır”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib ki, internet medianın qəzetləri arxa planda qoymasının başlıca səbəbi operativlik, xəbərin daha keyfiyyətli, elektron formada təqdimatı, həmçinin, pulsuz başa gəlməsidir.

“Bu baxımdan, xüsusi alışqanlığı olmayan oxucu birmənalı şəkildə internetə, saytlara üz tutur. Amma sosial şəbəkələrin saytları tezliklə sıradan çıxaracağı inandlırıcı görünmür. Birincisi ona görə ki, saytlar oberativlikdə sosial şəbəkədən geri qalmır. Və bir çox hallarda sosial şəbəkə saytlardan asılı vəziyyədə olur. Məsələn, ölkə prezidentinin sonuncu əfv fərmanı ilə bağlı gözləntilər olanda, hamı prezidentin rəsmi saytını, həmçinin digər saytları gözləyirdi. İkincisi, saytda, xəbər portalında ciddiyyət, ictimai və peşə məsuliyyəti var, amma sosial şəbəkələrdə bu yoxdur. Sosial şəbəkədə ictimai məsuliyyətin olmaması hətta bəzi insanların bu şəbəkələrdən getməsinə səbəb olur. Tanıdıqlarımızın timsalında belə nümunələr var. Mənə elə gəlir ki, bir dövr sonra saytlarla sosial şəbəkələr arasında bir durulma, aydınlaşma olacaq. Hər biri öz təyinatına uyğunlaşacaq”.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu zamanın diqtəsidir.

“Media sektoru bir neçə dəfə böhrandan keçib. İnternet yarananda qəzetlər bir böhran dövrü yaşadılar və öz saytlarını yaradaraq böhrandan çıxdılar. Uzun müddət saytlar fəaliyyət göstərdi, amma sosial media yarananda o artıq bir mənbəyə çevrildi. Sosial media həm informasiya mənbəyi oldu, həm də bir yayım vasitəsinə çevrildi. Bu yayım vasitəsi mənbə olduğuna görə saytlara ehtiyac qalmadı. Bununla da saytlar özlərinin resurslarını, xəbərini sosial şəbəkələrə inteqrasiya eləməyə başladılar. İndi baxsaq görərik ki, əksəriyyət bir başa saytın adresini yazaraq daxil olmur, xəbərləri sosial şəbəkələrdən oxumağa üstünlük verirlər. Mən hesab edirəm ki, gedişat sosial medianın xeyrinə dəyişəcək. Yəni düşünürəm ki, onun informasiya mənbəyi olması xüsusiyyəti, həm də yayım xüsusiyyəti güclənəcək. Getdikcə hər şey daha çox sosial mediada cəmləşəcək. Yəni ola bilsin, sosial medianın hansısa bir səhifəsi redaksiya rolunu oynacaq. Məsələn, youtubenin hansısa bir kanalı televiziya rolunu oynayacaq. Yəni bir cəmləşmə gedəcək. Bunların hamısı bir mobil avadanlıqda birləşəcək. Kim bu xüsusiyyətlərlə işləyə biləcəksə fəaliyyətə davam edəcək, bacarmayanlar isə bazarı tərk edəcəklər. Tendensiya sosial media və mobil texnologiyanın üzərində cəmləşəcək”.

Oxunub: 587
Oxşar xəbərlər
SON XƏBƏRLƏR