dini radikalizm və ekstremizmlə mübarizə

Bu gündən Yasamal Yaşayış Kompleksi 2 marşrut xətti ilə təmin edilib

Bu gündən Yasamal Yaşayış Kompleksi 2 marşrut xətti ilə təmin edilib
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə əməkdaşlığı ilə Yasamal Yaşayış Kompleksinə 2 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti təmin edilib.

Agentlikdən ONA-ya verilən məlumata görə, bu gün səhər saatlarından 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksdə yaşayan sakinlərin istifadəsinə verilib. 206 nömrəli marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən, 211 nömrəli marşrut üzrə isə kompleksin yaxınlığındakı dairədən keçir.

Sərnişin axınına uyğun olaraq gələcəkdə kompleks istiqamətində əlavə marşrut xəttinin təşkili də nəzərdə tutulub.

Oxunub: 762
Oxşar xəbərlər
SON XƏBƏRLƏR