» » Bakı-Samara reysinin açılma vaxtı məlum oldu

Bakı-Samara reysinin açılma vaxtı məlum oldu

Bakı-Samara reysinin açılma vaxtı məlum oldu

“Ural Hava Yolları” şirkəti aprelin 5-dən Samara - Bakı - Samara reysini həyata keçirməyə başlayacaq.

Aviaport.ru portalının məlumatına görə, birbaşa reyslər “Airbus A320” təyyarələri ilə hər həftənin cümə günü həyata keçiriləcək.

Təyyarə Samaradan 13:10-da havaya qalxacaq və 15:45-də Bakıya eniş edəcək. Eləcə də həmin gün Bakıdan 16:45-də qalxan layner 19:10-da Samara aeroportuna enəcək.

Biletlərin bir istiqamət üzrə minimal tarifi 97 avrodur.

Nəşr yazır ki, Azərbaycan paytaxtında istirahət bütün ailə üzvlərinin ürəyincədir:

“Atəşgah məbədini ziyarət edin, Heydər Əliyev mərkəzinə gedin, Xalça muzeyinə baş çəkin və ya Qız qalasının sirrini açmağa çalışın! Bakını London taksilərində gəzmək daha da zövq verir”.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031