dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Debat Forumunun yarımfinala qədər olan mərhələsi uğurla yekunlaşdı.

Bu gün Debat Forumunun yarımfinala qədər olan mərhələsi uğurla yekunlaşdı.

Mingəçevir şəhər 14 nömrəli tam məktəbdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin, Milli Debat Proqramının,
Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi çərçivəsində reallaşan Debat Forumunun yarımfinala qədər olan mərhələsi bugün uğurla yekunlaşdı.

Forumda 22 komandanın tərkibində 66 söz cəngavəri mübarizə aparırdı.

Təsnifat məhələsində daha uğurla çıxış edən, aşağıda qeyd olunan 16 komanda 16/1-ə vəsiqə qazanadı.
Qarşılaşmaları təqdim edirik:

Şahinlər (10 nömrəli) – Nur (TRHET lisey)
İnqilab (13 nömrəli) – İdeologiya (14 nömrəli)
Qarabağ (3 nömrəli) - Enigma (13 nömrəli)
First Radius (TRHET lisey) – Qara Qartallar (TH lisey)
Simurq (TRHET lisey) - Debater (10 nömrəli)
Ulduzlar (6 nömrəli) - Kreatos ( 16 nömrəli)
Aysberq (18 nömrəli) – Demosfen (TH lisey)
Radius (7 nömrəli) - Bermund ( 14 nömrəli)

16/1-də keçirilən debat raundlarından sonra daha uğurla çıxış edən 8 komanda 8/1-ə vəsiqə qazanadı.

Radius (7 nömrəli) - Şahinlər (10 nömrəli)
First Radius (TRHET lisey) - İdeologiya (14 nömrəli)
Demosfen (TH lisey) - Kreatos ( 16 nömrəli)
Debater (10 nömrəli) - Qarabağ (3 nömrəli)

Bu mərhələdə uğurla çıxış edən 4 komanda isə yarımfinala vəqisə qazandı.

Radius (7 nömrəli) - Qarabağ (3 nömrəli)
Demosfen (TH lisey) - İdeologiya (14 nömrəli)

Yarımfinal mərhələsi 12 mart 2019-cu il saat 08:30-da – Mingəçevir Gənclər Evidə
Final Mərhələsi 12 mart 2019-cu il saat 10:00-da – Mingəçevir Gənclər Evidə
keçiriləcək.

Uğurlu çıxışlara görə bütün komandaları təbrik edir, yarımfinal və final oynayacaq komandalara uğurlar arzulayırıq :)

Qeyd edək ki, "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi Azərbaycan Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nın maliyyə dəstəyi, Mingəçevir Gənclər Və İdman İdarəsi-nin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingecevir Gencler Evi-nin, Vətəndaş Cəmiyyətində Debat IB-nin, Milli Debat Proqramı-nın, Mingəçevir Regional Debat Mərkəzi-nin və "Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

#AzGF #GenclerFondu #XIQrant #MingecevirGenclerEvi #dvc #azdebate #natiqlik #GGGIB #MMDL

Oxunub: 695
Oxşar xəbərlər
SON XƏBƏRLƏR