dini radikalizm və ekstremizmlə mübarizə

Müsabiqəyə sənəd qəbulu başlayır - SABAHDAN

Müsabiqəyə sənəd qəbulu başlayır - SABAHDAN

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə sabahdan sənəd qəbulu başlayır.

Unikal.org-un xəbərinə görə, müsabiqəyə sənəd qəbulu bir ay müddətinə - 11 martdan 11 aprelədək davam edəcək.

Azərbaycan vətəndaşı olmayan şəxslər, nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar və dini qurumlar müsabiqədə iştirak edə bilməzlər.

Müsabiqədə iştirak etmək üçün MTRŞ-ya aşağıdakı sənədlər təqdim olunmalıdır:

- Yayım üzrə lisenziya almaq üçün müəyyən olunmuş qaydada ərizə;

- Teleradio yayımı kanalının fərqləndirici nişanı (telestudiyanın emblemi);

- İddiaçının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti və təsis müqaviləsi (təsisçilərin sayı 1-dən çox olduğu halda);

- Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

- Yayımın proqram konsepsiyası;

- Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;

- Teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı Əlavələr doldurulmaqla);

- Son bir il üzrə dövriyyə cədvəli;

- Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);

- İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;

- Teleradio yayımçısının istifadə edəcəyi ötürücü qurğunun texniki tələbləri;

- Təsisçinin əmək fəaliyyətini əks etdirən geniş tərcümeyi-halı, anketi;

- Müsabiqədə iştirak etmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödəniş.

Müsabiqə üçün tələb olunan sənədlər Azərbaycanın dövlət dilində hazırlanmalı, sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaqla MTRŞ-ya təqdim olunmalıdır.

Sənədlər 7 nüsxədə təqdim olunmalıdır.

Müsabiqədə iştirak etmək üçün birdəfəlik ödəniş geri qaytarılmır.

Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmayacaq.

Müsabiqə üçün tələb olunan sənədlər 11 martdan 11 aprelədək (şənbə və bazar günləri istisna olmaqla) MTRŞ-nın inzibati binasında (Ünvan: Bakı şəhəri, Nizami küç., 145) saat 10:00-dan 18:00-dək qəbul edilir.

Əlaqə telefonları: 598-36-59, 598-37-54, 598-32-24.

Qeyd edək ki, MTRŞ “Televiziya və radio yayımı haqqında” qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna müsabiqə elan edilib.

Oxunub: 660
Oxşar xəbərlər
SON XƏBƏRLƏR