dini radikalizm və ekstremizmlə mübarizə

Vəfat edən icra başçısının 52 yaşı olub

Xəbər verildiyi kimi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov vəfat edib.

Oxu.Az-ın məlumatına görə, R. İbrahimovun 52 yaşı olub.

Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək, “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildən “AZNEFT” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb.

ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.

Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin 18 may 2018-ci il tarixili sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvü olub.

Ailəli olub, iki övladı var.

Oxunub: 636
Oxşar xəbərlər
SON XƏBƏRLƏR