dini radikalizm və ekstremizmlə mübarizə

“DOST” mərkəzlərində övladlığagötürmə ilə bağlı xidmətlər də təqdim olunacaq

Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiq edilmiş iş planı əsasında tədbirlər davam etdirilir.

Djb.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, iş planında əksini tapan tədbirlər sırasında yaradılmaqda olan “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində övladlığagötürmə sahəsində xidmətlərin təqdim olunması da yer alıb. Həmin xidmətlərin göstərilməsi üçün mərkəzlərdə sosial işçilər fəaliyyət göstərəcək.

Övladlığagötürmə ilə bağlı xidmətlərin “DOST” mərkəzlərində təqdim olunması onların tam şəffaf və operativ təşkilinə imkan verəcək.

Oxunub: 648
Oxşar xəbərlər
SON XƏBƏRLƏR