» » MƏN BİR XANIM TANIDIM...

MƏN BİR XANIM TANIDIM...

  • 11-12-2016, 10:52
  • sosial
  • 184
MƏN BİR XANIM TANIDIM...
Mahirə xanım sizi tanıdığım o günüm üçün Allahıma minnətdaram. Qəlbində nə kin-küdurət, nə paxıllıq kimi hisslərdən uzaq bir mələksiniz. Hər bir qadına yardıma qaçan, özündən çox qadınlarımızı düşünən çox az insan tanıdım. Ali İnsanlıq təşkilatı yaradılarsa, mən sizi ora prezident təyin edərdim... Çətinliydə olan hər kəs üçün düşünmədən belə dünyanın o başına gedən bir qadın tanıdım, bir ana, bir bacı tanıdım o sizsiniz. Mən bu həyatda insanlara güvənimi itirmişdim. Mənə güvəni qaytaran siz oldunuz. İnsanlara olan sevginizi gördüm. Təmənnasız hər bir qadın üçün yorulmadan fədakarlıq edən insansınız. Siz güvəniləsi dostsunuz. Sizinlə olan dostluğumdan qürur duyuram. Gözəl ana, fədəkar insan xalqını, millətini, dövlətini sevən azərbaycan qadını. Sizində Tomris, Həcər, Higar qeyrətli qadınlar kimi yaddaşlarda yaşayacağınızı tam əminliklə deyə bilərəm. Gördüyünüz işlərin canlı şahidi olduğum üçün bu fikrimə tam əminəm. Sizin atdığınız hər bir fədakar addım sizin qəlbinizin böyüklüyünü sübut edir. İnsanlığın aliliyini sübut edir. Azərbaycanın ziyalı xanımı siz bugün gördüyünüz işlərin, yaxşılıqların gizli qalmasını istəsənizdə bir zaman gələcək bunu hər kəs biləcək. Onda düşünəcəklər bizim əhatəmizdə olan səmimiyyəti ilə seçilən, mehriban Mahirə xanım bu sakit təbiyyətli qadın siz nələrə qadirimişsiniz!
P.S "Bəli bir əlin verdiyin bir başqa əl bilməz" deyimini xatırlatmaq istərdim.
O, belə şüarla yaşadı, uşaq qəlbi kimi məsum, təmiz, saf qəlbə malik Mahirə xanımı tanıyanlar siz onu heç tanımadınız. Etdiyi yaxşılıqdan dolayı pislik görsə belə yenə o insana təkrar yardıma qaçar. Bacardığını bəzən də bacarmadığını belə həll etmək üçün gecə gündüz çalışar. Bir kəsin işi müsbət həllin taparkən uşaq kimi sevinər. Çörəyini hər kəslə bölər.
Hər bir tanıdığı qadının problemin öz problemi bilər. Bəzən üzü gülsədə bir çox qadınların problemlərinə yol axtararaq həlli yolunu tapa bilməyəndə dolmuş buluda dönər. Öz talehini yaşamaz. Tənha qadınların yaşamının yaxşılışdırılması üçün yüzlərlə insanlara ağız açar. Budur Mahirə Əmirhüseynova.
Əsl insan!
Almaz İLAHƏ ƏHMƏDOVA
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930