» » "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin təlimləri həyata keçirildi.

"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin təlimləri həyata keçirildi.

"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin təlimləri həyata keçirildi.

Gənclər Fondunun maliyyə dəstəsi,Mingəçevir Gənclər və İdman İdarəsinin,Mingəçevir Şəhər Təhsil Şöbəsinin,Mingəçevir Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin,Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin tərəfdaşlığı,Mingəçevir Şəhər 10 nömrəli orta məktəbin ev sahibliyi ilə həyata keçirilən "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin təlimləri həyata keçirildi.

Tədbirdə tərəfdaş təşkilatların nümayəndələri, ilk iki təlimdə müxtəlif orta məktəblərdən ümümilikdə150-dən çox şagird və həmin orta mətəblərin məsul şəxsləri ( direktor müavini,Uşaq Birliklərinin Rəhbərləri (UBR),məktəb psixoloqları) və KİV nümayəndələri iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifa olunması ilə başlanan tədbirlərdə giriş sözü ilə çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə hər kəsi salamlayıb layihə haqqında ətrafli məlumat verərək,layihənin məqsədi,layihə çərçivəsində görüləcək işlər,layihənin davamlılığı və s. kimi məsələlər haqqında danışdı.
E.Sadıqzadə qeyd etdi ki, "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi davam edəcəyi 3 ay müddətində Mingəçevir şəhər ümümtəhsil orta məktəblərində natiqlik təlimlərinin keçirilməsi,təlimləri uğurla başa vuran gənclər arasında Milli Debat Proqramı çərçivəsində debatın Karl Popper formatında debat təlimlərinin və təlimlərdən alınan nəticələri görmək məqsədi ilə Debat Forumunun keçirilməsi planlaşdırılır.
E.Sadıqzadənin sözlərinə görə layihənin davamlılığının təmin edilməsi məqsədi ilə bu layihəni uğurla başa vuran,xüsusi fəallığı ilə seçilən şagirdlər müəyyən olunacaq onlarla mütamadi təlimlər keçirilərək onlar TOT-lara cəlb olunacaq bu layihənin ardı olaraq keçirilməsi planlaşdırılan "Mingəçevir Gənclərinin Natiqlik Forumu - 2" layihəsində artıq həmin gənclər təlimçi- məşqçi qismində iştirak edərək yeni şagirdlər üçün motivasiya mənbəyi olacaqlar.
Layihənin “Final Mükafatlandırma və Bağlanış” mərasiminin 2019-cu il mart ayının ilk 10 günlüyündə keçiriləcəyi bildirildi.

Daha sonra layihənin təlimçisi Samir Şükürov çıxışı ərzində
*Ritorika,
*Auditoriya mədəniyyəti və auditoriyanın idarə olunması,
*Peşakar natiq bacarıqları,
*Risklərin nəzərə alınması,
*Bədən dili,
*Nitqin hiss olunması
adlı təlimlər keçərək, gənclərin bu sahədə olan suallarını cavablandırdı.
Maraqlı və bol diskusiyalı keçən təlimlərin sonunda şagirdlərə iştirak edəcəkləri Debat foruma hazırlıq və forum zamanı uğurlar arzulanıldı.
Sonda xatirə şəkili çəkdirildi.

Məlumat üçün bildirək ki, təlimləri uğurla başa vuran gənclər arasında Milli Debat Proqramı çərçivəsində debatın Karl Popper formatında debat təlimlərinin və təlimlərdən alınan nəticələri görmək məqsədi ilə Debat Forumunun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki,layihə 10 dekabr 2018-ci - 10 mart 2019-cu illəri əhatə edəcək.
#AzGF #GenclerFondu #XIQrant #MingecevirGenclerEvi #dvc #azdebate#natiqlik #MMDL
"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin təlimləri həyata keçirildi.
"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin təlimləri həyata keçirildi.
"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin təlimləri həyata keçirildi.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031