» » "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin " Təqdimat Mərasimi " keçirildi

"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin " Təqdimat Mərasimi " keçirildi

  • 30-12-2018, 09:30
  • sosial
  • 233
"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin " Təqdimat Mərasimi " keçirildi

28.12.2018-ci ildə tarixində Mingəçevir Gənclər EvindəAzərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəsi,Mingəçevir Gənclər və İdman İdarəsinin,Mingəçevir Şəhər Təhsil Şöbəsinin,Mingəçevir Gənclər Evinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin,Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin " Təqdimat Mərasimi " keçirildi.
Tədbirdə tərəfdaş təşkilatların nümayəndələri,təlim keçiriləcək orta məktəblərin məsul şəxsləri ( direktor müavini,Uşaq Birliklərinin Rəhbərləri (UBR),məktəb psixoloqları) və KİV nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov natiqlik təlimlərinin,debatların gənclərin inkişafında mütəsna rol oynadığınından danışdı,bundan sonrada Mingəçevirdə debatın inkişafı üçün Gənclər Evi olaraq hər zaman dəstək olacaqlarını bildiridi.
R.Qurbanov Mingəçevirin yalnız energetiklər deyil eyni zamanda gənclər şəhəridə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.


Daha sonra layihə rəhbəri Etiram layihənin təqdimatını həyata keçirdi.
E.Sadıqzadə qeyd etdi ki, "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsi davam edəcəyi 3 ay müddətində Mingəçevir şəhər ümümtəhsil orta məktəblərində natiqlik təlimlərinin keçirilməsi,təlimləri uğurla başa vuran gənclər arasında Milli Debat Proqramı çərçivəsində debatın Karl Popper formatında debat təlimlərinin və təlimlərdən alınan nəticələri görmək məqsədi ilə Debat Forumunun keçirilməsi planlaşdırılır.
E.Sadıqzadənin sözlərinə görə layihənin davamlılığının təmin edilməsi məqsədi ilə bu layihəni uğurla başa vuran,xüsusi fəallığı ilə seçilən şagirdlər müəyyən olunacaq onlarla mütamadi təlimlər keçirilərək onlar TOT-lara cəlb olunacaq bu layihənin ardı olaraq keçirilməsi planlaşdırılan "Mingəçevir Gənclərinin Natiqlik Forumu - 2" layihəsində artıq həmin gənclər təlimçi- məşqçi qismində iştirak edərək yeni şagirdlər üçün motivasiya mənbəyi olacaqlar.
Ümumilikdə 100-dən çox şagirdin iştirakı planlaşdırılan layihənin “Final Mükafatlandırma və Bağlanış” mərasiminin 2019-cu il mart ayının ilk 10 günlüyündə keçiriləcəyi bildirildi.

Daha sonra tədbirin aparıcısı və layihənin təlimçisi Samir Şükürov çıxışı ərzində layihə çərçivəsinə keçirləcək təlimləri qeyd edərək,onların şagirdlərin həyatında və gələcək fəaliyyətlərində necə müsbət yönlü dəyişiklik edəcəyini eləcədə onlar üçün hansı faydaları verəcəyini bildirdi.

Tərəfdaş təkilatlar qismində çıxış edənlər - Mingəçevir Regional Debat Mərkəzinin nümayəndəsi Günay Nəsirova mərkəzin uğurlu fəaliyyətindən danışaraq qarşıda duran plan və vəzifələrdən, və "Gələcək Gənclərlə Gələcək" Gənclər İctimai Birliyinin klublar üzrə koordinatoru Mübarək Aydəmirov təşkilatın fəaliyyəti haqqında məlumat verərək layihə boyunda tərəfdaşlar olaraq dəstəklərini göstərəclərini bildirdilər.
Sonda tədbir iştirakçıları arasında layihə barədə fikir mübadiləsi aparılaraq layihənin gedişi ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirildi.


Qeyd edək ki,layihə 10 dekabr 2018-ci - 10 mart 2019-cu illəri əhatə edəcək.

#AzGF #GenclerFondu #XIQrant #MingecevirGenclerEvi #dvc #azdebate#natiqlik
"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin " Təqdimat Mərasimi " keçirildi
"Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin " Təqdimat Mərasimi " keçirildi
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930