» » “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açılışı olub

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açılışı olub

“Nargis Fund”un Fəvvarələr meydanında təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açılışı olub.

Open.az xəbər verir ki, yarmarka dekabrın 1-dən yanvarın 6-dək davam edəcək.

Tədbirin təşkilatçısı "Amapola Exclusive Events" şirkətidir. Oktyabrın 25-dən etibarən şirkət bu sehrli layihədə öz işini başladıb. İstedadlı bir qrup xeyriyyə yarmarkasının Yeni il dekorasiyasının hazırlanmasında, yarmarkanın açılış və bağlanış mərasimlərinin təşkilində geniş miqyaslı və fəal iş aparıb.

Tədbirin yüksək səviyyədə keçirilməsində “Nargis Fund”a “Azərişıq” ASC, “Bakı Abadlıq Xidməti” MMC və Pasha Security, eləcə də baş sponsorlar olan “Boutique One”, “Azercell”, “Şamaxı Palace”, “Azərbaycan çayı”, “Berg”, “Balkhoorma”, “Zeytun bağları”, “Muğanbank” və “Coca-cola” dəstək göstərəcəklər. Bu ilki xeyriyyə yarmarkası öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacaq.

Altıncı ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.

Fəvvarələr meydanında qurulmuş 47 evcikdən hər kəs Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilər.

Qeyd edək ki, “Nargis Fund” 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis olunub, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Məhz həmin il Bakıda xoş ənənəyə çevrilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının əsası qoyulub. Fondun fəaliyyəti barədə ətraflı məlumatı və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də rəsmi sosial şəbəkə resurslarından əldə etmək olar.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31