» » Millət vəkili: “Qaçqın və məcburi köçkünlərlə bağlı sosial siyasət birbaşa həyata keçirilməlidir"

Millət vəkili: “Qaçqın və məcburi köçkünlərlə bağlı sosial siyasət birbaşa həyata keçirilməlidir"

Millət vəkili: “Qaçqın və məcburi köçkünlərlə bağlı sosial siyasət birbaşa həyata keçirilməlidir"
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna yenidən baxılmalıdır”.

DJB.az xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.


E. Nəsirov deyib ki, Milli Məclisdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deputat həmkarlarının ən çox diqqət mərkəzində saxladığı məsələ qaçqın və məcburi köçkünlər, onların statusları və sosial durumları ilə bağlı olub: “Cənab prezident sosialyönümlü siyasət həyata keçirir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Xüsusi ilə qaçqın və məcburi köçkünlər xüsusi kateqoriyalı insanlar olduqları üçün onlara dövlət tərəfindən hər zaman ən yüksək səviyyədə qayğı olub. 2017-ci ilin dövlət büdcəsi layihəsinə də baxılsa, bir qədər qənaətcil, yığcam olan bu büdcənin 40, 3 faizi, yəni 6 milyard 686 milyon manatı məhz sosial xərclər üçün ayrılıb. Bu, bir daha təsdiqləyir ki, hətta böhranlı illərdə də belə bütün çətinliklərə baxmayaraq, dövlət özünün sosialyönümlü siyasətini davam etdirir. Bu kontekstdə qaçqın və məcburi köçkünlərlə bağlı məsələ də hər zaman gündəmdədir”.



"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılmalıdır”


Millət vəkili qeyd edib ki, məcburi və köçkünlərə dövlətin qayğısı yeni yanaşmalar tələb edir: “Yeni yanaşmalar ilk növbədə ona istiqamətlənib ki, dövlət öz siyasətini birbaşa həyata keçirsin. Yəni dövlət qaçqın və məcburi köçkünlərlə bağlı sosial siyasətini birbaşa həyata keçirsin, qaçqın və məcburi köçkünlərə sosial sferada öz qayğısını göstərsin, onlara müavinətlərin birbaşa verilməsi həllini tapsın”.

Elman Nəsirov qaçqın və məcburi köçkün məsələsinin özünün də müəyyən zaman müddəti ilə bağlı olduğunu vurğulayıb: “Dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində bu gün artıq məcburi köçkünlərin, qaçqınların mütləq əksəriyyətinin həm mənzil təminatı, həm də digər sosial problemlərinin həllində ciddi nəticələr var. 2016-cı, 2017-ci ilin, 21-ci əsrin reallıqlarında qaçqın və məcburi köçkünlərlə bağlı siyasət ilə 1990-cı illərin əvvəllərinin qaçqın və məcburi köçkünlərlə bağlı siyasəti arasında müəyyən qədər fərqlilik, fərqli yanaşmalar olmalıdır. Hazırda məcburi köçkün və qaçqın 1990-cı illərin əvvəlindəki səviyyədə və şəraitdə deyil. Onların vəziyyəti xeyli normallaşıb. İlk növbədə məcburi köçkünlərin mənzil problemlərinin həlli istiqamətində böyük işlər görülüb. 90-dan çox məcburi köçkün qəsəbəsi tikilib. Bunlar faktlardır. Belə olan halda yeni şərait və reallıqlar dövlətin bu kateqoriya insanlarla bağlı siyasətində birbaşa, ünvanlı yanaşmanı daha aktual edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsi ilə deyil, dövlətin ünvanlı olaraq birbaşa məcburi köçkünlərin və qaçqınların sosial problemlərinin həlli ilə məşğul olması daha aktual məsələyə çevrilir. Hesab edirəm ki, bütün bunlara görə artıq belə yanaşmanın zamanı çatıb. Bu, məcburi köçkünlərin və qaçqınların sosial problemlərinin həllində çevikliyin, operativliyin təmin edilməsi baxımından kifayət qədər səmərəli ola bilər. Bu siyasətin həyata keçirilməsi bu gün bir zərurətə çevrilib”.

Millət vəkili belə vəziyyətdə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna yenidən baxılmalı olduğunu vurğulayıb: “Bu, artıq zərurətə çevrilir. Çünki həyatda bir dinamika var, həyat çox sürətlə inkişaf edir. Dünənki və bugünkü reallıqlar fərqlidir. Ona görə də yeni şəraitdə həmin qanuna da yenidən baxılmalıdır. Məcburi köçkün və qaçqınların sosial problemlərinin həllində operativliyin, çevikliyin, şəffaflığın təmin edilməsi ilə bağlı yeni yanaşmalara ehtiyac var və bu yanaşmalar da qanunda öz əksini tapmalıdır”.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031