dini radikalizm və ekstremizmlə mübarizə

Əsl “HALAL”: “Mərcan” toyuq brendi beynəlxalq sertifikatı aldı

Azərbaycan məhsullarının üzərində daim “eko”, “bio”, “HALAL”, “orqanik”, “diyetik” və s. sözləri gözə çarpır. Lakin məhsulun keyfiyyəti ilə bağlı bu cür səsli-küylü ifadələr heç də həmişə həqiqəti əks etdirmir. Ona görə də həmvətənlərimiz onlara etibar etmir, daha çox idxal olunan məhsullara üstünlük verirlər. Yerli bir brendin məhsulunu almazdan öncə onun üzərində yazılanları yaxşıca təftiş edirlər.

Azərbaycan istehlakçısını sevindirəcək bir məlumat vermək istəyirik. “Mərcan” toyuqlarının istehsalçısı - yerli şirkət olan “APC” dünyanın ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biri - Malayziyanın “JAKIM” şirkəti tərəfindən verilən “HALAL” sertifikatını alıb. Bundan sonra “Mərcan” toyuqlarını gözübağlı almaq olar.

Malayziyanın “HALAL” məhsullarını sertifikatlaşdırma təcrübəsi dünyada örnək hesab olunur. İslamın dövlət dini statusu olduğu bir ölkə “HALAL” sertifikatının alınması üçün ciddi meyarları ilə fərqlənir.

“HALAL” - İslamda “istifadəsinə icazə verilən” anlamı kəsb edir. “HALAL” sözü insanın istifadəsi üçün faydalı olan, ekoloji cəhətdən təmiz bir məhsul mənasını daşıyır və yalnız düzgün kəsim üsulu ilə məhdudlaşmır. Beynəlxalq sertifikatlaşdırmaya əsasən, “HALAL” toyuq tərkibində GMO olmayan, yalnız təbii yemlərlə, təmiz axar su ilə qidalanmalıdır.

Kəsim prossesi əziyyətsiz şəkildə həyata keçirilməlidir. Bütün tələbləri uzun bir siyahıda sadalamayaq. Məhz «Mərcan» toyuqları Azərbaycanda “JAKIM” təşkilatının bütün tələblərinə cavab verən ilk məhsuldur.

Malayziyanın “HALAL” sertifikatı, “APC” şirkətinin toyuq məhsullarının, beynəlxalq səviyyədə keyfiyyətini təsdiq edən yeganə sənəd deyil. Belə ki, ötən ay ərzində “Mərcan” toyuqları HACCP (təhlükə təhlili və kritik nəzarət nöqtələri) və ISO 22000: 2005 (qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemləri) beynəlxalq sertifikatlarını alıb.

Yerli standartlara gəlincə, “Mərcan” istehsalı və “APC” şirkəti Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinın sertifikatını əldə edib.

Çətin və bahalı proses olmasına baxmayaraq, məhsulun istehsal və keyfiyyət sahəsində nailiyyət sertifikatlarını almasə bütün şirkətlər üçün üçün vacibdir. Bu sənədlər məhsulun yalnız standartlara uyğunluğunun tanınması deyil, həm də istehlakçıların brendə güvənini artırmaq üçün nəzərdə tutulub. Yerli sertifikasiyaya əlavə olaraq qlobal əhəmiyyətə malik üç keyfiyyət yoxlamasından keçmək özü artıq məhsulun keyfiyyətinə etibar qazandırır.

Bütün bunlar, malların yaxın gələcəkdə piştaxtaya çatacağı yeni, daha ekoloji cəhətdən təmiz və cəlbedici qablaşdırmada əks olunur. Bu kiçik rebrendinq istehlakçıların diqqətini şırkətin keyfiyyətə, ekoloji təmizliyə və yerli ənənələrə olan qayğısına yönəltmək məqsədi daşıyır.

2012-ci ildən etibarən, “Mərcan” brendi Azərbaycanın ən mərkəzində - Ucarda toyuq yetişdirir. Bu bölgə təsadüfən seçilməyib: burada ətraf mühiti çirkləndirən heç bir istehsal yoxdur, bu da öz növbəsində məhsulun ekolojı təmizliyinə müsbət təsir göstərir.

İstehsalın özü iki mərhələdən ibarətdir – cücə yetişdirmək üçün təsərrüfatdan və ətin emalı və qablaşdırılması zavodundan. Bu proses Azərbaycanda bu qəbildən ən müasir istehsal hesab olunur.

“Mərcan” toyuqlarına olan böyük tələbat şirkətin istehsalını genişləndirməyə təkan verdi. Yaxın gələcəkdə yeni təsərrüfatların tikintisi planlaşdırılır. Çünki toyuq ətinin istehsalı - texnologiyaların bir yerdə dayanmadığı böyük bir sənayedir - daim yeni standartlar və texnologiyalar yaranır. Rəqabətə hazır irkət onlara uyğunlaşmaq məcburiyyətindədir.

Şirkət rəhbərliyi quşçuluq üçün təbii yemdən istifadəni və istehsalın bütün mərhələlərində antibiotiklərdən və GMO-lardan tamamilə imtina etməsini vurğulayaraq, məhsulların ekoloji təmizliyindən qürur duyur. Üstəlik, mütəxəssislər piştaxtalarda toyuqların təzəliyinə ciddi şəkildə nəzarət edir, satılmayan məhsulları qaytarır və təzələri ilə əvəz edirlər.

Lakin toyuq ətinə stabil artan tələbat sayəsində bu çox nadir hallarda baş verir. Yeri gəlmişkən, “Mərcan” toyuqları Azərbaycanın bir çox ticarət şəbəkələrində və restoranlarında təmsil olunur.

Qeyd edək ki, toyuq əti münasib qiymətinə və tez bişmə xüsusiyyətinə görə Azərbaycanda ən geniş yayılmış məhsuldur. Xeyirli madəllər və vitamin miqdarına görə toyuq əti mal ətindən heç də geri qalmır. Alimlər onu ən aşağı yağ tərkibi və yüksək protein tərkibi sayəsində ən faydalı hesab edirlər. Amma ən başlıcası, toyuq əti qocalma proseslərinı ləngitməyə imkan verir.

Oxunub: 607
Oxşar xəbərlər
SON XƏBƏRLƏR