dini radikalizm və ekstremizmlə mübarizə

Nəhəng kosmik teleskop hazırlanıb

NASA mühəndisləri “Hubble” kosmik teleskopunu əvəz edəcək nəhəng kosmik teleskopun yığılmasını başa çatdırıblar.

Gələn ilin oktyabr ayında kosmosa buraxılışı nəzərdə tutulan “James Webb” Orbital İnfraqırmızı Rəsədxanası (JWST) hazırda test sınaqlarından keçirilir.

ATV.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından NASA-nın ikinci rəhbərinin adını daşıyan JWST teleskopu Yer-Günəş sisteminin “L2 Laqranj” nöqtəsi ətrafında halo orbitində hərəkət edəcək.

Avropa Kosmik İttifaqına məxsus olan “Ariane-5" daşıyıcı raketin köməyi ilə Fransız Qvianasının kosmodromundan buraxılışı nəzərdə tutulan “James Webb” teleskopunun əsas xüsusiyyəti onun güzgüsünün seqmentlərdən ibarət olmasıdır. Teleskopun sahəsi “Hubble” teleskopuna nisbətdə yeddi dəfə böyükdür.

Jwst.nasa.gov saytının məlumatına görə, bu layihə ilə əlaqədar çəkilən xərclər 10 milyard dollar təşkil edəcək.

JWST kainatın yaranmasından sonra ilk formalaşmış ulduzların işıqlarının tapılması üçün kifayət qədər həssaslığa malik olacaq. Teleskop vasitəsilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibini təyin edə biləcəklər. “James Webb” teleskopunun əsas məqsədləri Böyük Partlayışdan (Big Bang) sonra yaranmış ilkin qalaktika və ulduzların işıqlarının alınması, onların formalaşması və inkişafı, planet sistemlərinin yaranması və həyatın mənşəyinin öyrənilməsidir.

Oxunub: 688
Oxşar xəbərlər
SON XƏBƏRLƏR