dini radikalizm və ekstremizmlə mübarizə

Paytaxt sərnşindaşımasında köklü dəyişiklik gözlənilir

Dizel yanacağından ətraf mühitə atılan tullantıların miqdarı digər yanacaq növlərindən dəfələrlə çoxdur.

Paytaxtda sərnişindaşımaya cəlb edilən 2100-dən çox avtobusun isə 80 %-i məhz dizel yanacağı ilə işləyir.

Ekoloqlar da bildirir ki, ətraf mühiti çirkləndirən əsasən dizel yanacağıdır.

Bunu nəzərə alaraq dizellə işləyən avtobusların xəttlərdən yığışdırıması planlaşdırılır. Bakı Nəqliyyat Agentliyindən ATV.az-a verilən məlumata görə, bu proses avtobus parkının yenilənməsi çərçivəsində həyata keçiriləcək. Bir müddət sonra ölkəyə gətiriləcək 300 yeni avtobus da məhz sıxılmış maye-qaz yanacağı ilə işləyən nəqliyyat vasitələri olacaq.

Qeyd edək ki, hazırda Bakıda yalnız “Bakubus”-a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir.

Oxunub: 623
Oxşar xəbərlər
SON XƏBƏRLƏR