dini radikalizm və ekstremizmlə mübarizə

"20 yanvar" dairəsi bağlandığından həm Bakıya giriş, həm də şəhərdən çıxış mümkünsüz olub

Baxış Sayı:254

Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb. Yolda olan sürücülərin Modern.az-a verdiyi məlumata görə, tıxac 2 saata yaxındır davam edir. "20 yanvar" dairəsi bağlandığından həm Bakıya giriş, həm də şəhərdən çıxış mümkünsüz olub.

Sumqayıta getmək istəyən sərnişinlərin böyük bir hissəsi isə metronun "20 yanvar" stansiyasının yaxınlığındakı körpünün üstünə çıxıb avtomobil gözlədiklərindən, həmin yolda da maşınlar yalnız bir cərgə hərəkət etmək məcburiyyətində qalıb.

Əraziyə əlavə polis qüvvələri cəlb olunsa da, hələ ki problemi həll etmək mümkün olmayıb. Tıxacın hansı səbəbdən yaranması ilə bağlı məlumat verilmir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR