dini radikalizm və ekstremizmlə mübarizə

Mir Teymur Məmmədov: Bizə şirə istehsalı zavodu lazımdır

Bu ilin oktyabr ayında Şəkidə açılmış “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində fəaliyyət göstərən ustalar ancaq yerli gildən istifadə edirlər. Onlar Şəkidə dörd müxtəlif yataqdan əldə olunan dörd növ gillə işləyirlər. Keramika ustaları yaxşı bilirlər ki, nə qədər çox gil növü qarışdırılsa, keyfiyyət o qədər yüksək olacaq.

Təəssüf ki, keramika üçün şirəni Türkiyə, Rusiya, İspaniyadan almaq lazım gəlir, çünki Azərbaycanda bu şirənin istehsal edən zavod yoxdur.

Bu barədə Oxu.Az-a “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin koordinatoru, tanınmış keramika ustası, rəssam Mir Teymur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda kimsə keramika şirəsi hazırlayacaq ən kiçik zavod belə açsa, qısa müddətdə milyarder ola bilər.

“Şirənin hazırlanması üçün qeyri-adi materiallar tələb olunmur. Dağlarımızda olan müxtəlif metal oksidləri xammal kimi işlədilə bilər”,- deyə o bildirib.

Rəssamın fikrincə, bu zavodun tikilməsi həm də sosial əhəmiyyət daşıyardı.

“Bu sosial layihə olacaq. Orda öncə 500 nəfər işləyəcək, zavodun fəaliyyəti genişləndikdən sonra, burada 5 min nəfər işlə təmin oluna bilər. Bu müəssisə daima inkişaf edəcək və böyüyəcək”, - deyə Mir Teymur Məmmədov əlavə edib.

Oxunub: 651
Oxşar xəbərlər
SON XƏBƏRLƏR