» » Xoşbəxtliyin Almaz siması

Xoşbəxtliyin Almaz siması

Xoşbəxtliyin Almaz siması
İnsan yaradılışı və həyatı boyunca o qədər işlər görür ki, bəzən bu onu bütün insanlar arasında sevdirir, bəzən isə tamamilə əksinə olur. İstedadlı şair, gözəl xanım, əsl qadın kimi qeyrətli xanım, djb.az (Dünya Jurnalistlər Birliyi) saytının təsisiçi və baş redaktoru, publisist Almaz xanım Əhmədova öz həyatı boyunca onu tanıyanlar tərəfindən gördüyü işlərlə, öz səmimiliyi ilə sevilmiş və sevilməkdədir. Mən bu gün günlərdən Almaz Əhmədova deyərdim. Çünki o, həqiqtən də bu günümüzün dəyəri, bu günümüzün Almazıdır. Əslində, uzaq olduğumuzdan bir az ürəyimcə olmadı bu günkü gündə onu belə təbrik etmək. Amma şairin əlindən nə gəlir ki?! Şair ruhlu insanın şair ruhuna ən böyük hədiyyəsi onun şeiri ola bilər deyə düşündüm. Almaz xanım, sizi DJB.az saytının Biləsuvardakı nümayəndələri adından da təbrik edirəm. Sizin həyatınızda, gələcək işlərinizdə daim uğur olmasını diləyirəm. Sevdikləriniz və sizi sevənlər daim ətrafınızda olsun.
"Xoşbəxtlik hər zaman qapımızı döyür, lakin bəzən biz evdə olmuruq" Arzu edirəm ki, xoşbəxtlik daim qapınızı döysün və siz hər zaman xoşbəxtliyin üzünə vaxtında qapınızı aça biləsiz.
Çöhrəndə parlayır günəş şöləsi.
Gözlərin ulduz tək baxır dünyaya.
Qəlbində bərq vuran gözəl duyğular.
Sənin şerinlə axır dünyaya.

Sənin ürəyinin yox bərabəri.
Qoy qəlbin sınmasın heç vaxt,əzizim.
Yaşa ürəyincə, yaşa doyunca.
Çiçəyin solmasın heç vaxt, əzizim.

Könlün çiçək açsın, arzun kam olsun.
Gülüş şölə saçsın qoy ləçək-ləçək.
Ulduzlar səmada qoy belə yazsın:
Ulduzlar ulduzu, günün mübarək!

Təbrik edirəm, gözəl bacım!

Elşən AğazadəXoşbəxtliyin Almaz siması
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930