dini radikalizm və ekstremizmlə mübarizə

Sakinlər başqa mənzillərə köçürülüb - Gəncədəki partlayışla bağlı son məlumat

Sakinlər başqa mənzillərə köçürülüb - Gəncədəki partlayışla bağlı son məlumat
Gəncədə çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış ərazisində təmizləmə işləri artıq sona catıb.

ATV.az-ın yerli bürosu xəbər verir ki, FHN-nın əməkdaşları binanın cökmüş hissəsinin qalıqlarını tam təmizləyib. Bina qəzalı vəziyyətdə olduğundan sakinlər müvəqqəti olaraq başqa binada və evlərdə yerləşdirilib. Binanın hansı vəziyyətdə olduğu haqda bir neçə gündən sonra ekspertlər rəy verəcək.Qeyd edək ki, partlayışla bağlı gün ərzində partlayış baş verən binda və ətrafda olan dgər binalarda qaz təhcizatı dayandılılmışdı. Qəza baş vermiş bina qaz xəttindən tam aralandıqdan sonra ərazidə mavi yanacağın verilməsi bərpa olundu. Gəncə Regional Qaz İstismar idarəsi tərəfindən binada artıq araşdırmalara başlanılıb. Xatırladaq ki, dünən Gəncədə səhər saatlarında Şahlar Hüseynov küçəsi Bina 13 a-da cÖkmə qeydə alınıb. Dağıntılar altından 24 yaşlı Cumazadə Cuma Saleh oğlunun, 47 yaşlı Tağıyeva Nigar Tağı qızı və 24 yaşlı Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb. 21 yaşlı Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə xilas edilib.

Oxunub: 608
Oxşar xəbərlər
SON XƏBƏRLƏR