» » Həvəskar gənc musiqiçilərv və şairlər

Həvəskar gənc musiqiçilərv və şairlər

Doğma yurdumuz Azərbaycanın hər qarış torpağı sənətkarlar yetişdirir.Belə ki,bunlar arasında gənc şairlər,gənc yazıçılar,gənc rəssamlar və gənc musiqiçilər var.Azərbaycanın mədəniyyət paytaxtı Şuşadır.Lakin qeyd etməliyəm ki,Qarabağdan çıxan məşhur sənətkarlar o dövür üçün qabaqcıl sayılırdı.Lakin nəzərə almalıyıq ki, indi ki, günümüzdə Azərbaycan musiqiçilər arasında cənub zonasından olanlar üstünlük təşkil edir və bunlara misal olaraq Baloğlan Əşrəfov,Məmmədbağır Bağırzadə,Elnarə,İlhamə Quliyeva,Ağadadaş,Canəli Əkbərov,İsrail Məmmədov,Cavad Rəcəbov və sair göstərmək.Olar.Bunlarla yanaşı Lənkəran rayonunda da gənc musiqiçilər çoxdur.Lənkəran şəhərində yerləşən C.Cabbbarlı adına musiqi vəktəbi və digər musiqi texnikum və məktəbləri bu işdə xüsusi rol oynayır.Belə ki,bu məktəblər gənc musiqiçiləri hazırlayır.Belə gənc musiqiçilərdən biri də,Lənkəran rayonunun Haftoni qəsəbəsinin şəhid S.Əliyev adına məktəbin müxtəlif siniflərində təhsil alan Quliyeva Ləman Emin qızı,Nuriyeva Gülnar Natiq qızı və Məmiyev Layiq Şaiq oğludur. Haftoni məktəbində həvədskar gənc musiqiçilrədə vardır. Belə ki, bu gənc həvəskar musiqiçilər S. Əliyev adına Haftoni qəsəbə orta nməktəbinin müxtəlif sinflərində oxuyurlar və onlar müxtəlif cür musiqi alətlərində gözəl musiqilər ifa edirlər. Hələ ki, bu gənc musiqiçilər məktəbdaxili tədbirlərdə öz məharətlərini nümayiş etdirlər və bunlar aşağıdakılardır:
Həvəskar gənc musiqiçilərv və şairlər

Gənc musiqiçi Quliyeva Ləman Emin qızı. 15 mart 2017-ci il.

Quliyeva Ləman Emin qızı. Quliyeva Ləman Emin qızı 8 dekabr 2004-da Tovuzda anadan olmuşdur. 2010-2013-cü illərdə Ağdam rayonunda bir kənddə orta məktəbdə oxuyub. 2013-cü ildən Naftalan şəhərində orta çəktəbdə oxuyub və 2014-cü ildə Naftalan şəhərində musiqi məktəbində təhsil alıb və 2016-cı ildə oranı bitirib. 2016-cı ildə Cəfər Cabbarlı adına Lənkəran musiqi məktəbinin “kamança” kursuna daxil olub vəı hal-hazırda orada oxuyur. Ləman kamança musiqi alətində gözəl musiqilər ifa edir. O, dəfələrlə S. Əliyev adına Haftoni qəsəbə orta məktəbinin şənliklərində musiqi nömrəsi ilə çıxış etmişdir. Quliyeva Ləman hal-hazırda Haftoni qəsəbə orta məktəbin VIII sinifindı oxuyur və dərslərində əlaçıdır. Ləmanın ən böyük arzularından biri də gələcəkdə gözəl bir musiqi sənətkarı olmaqdır. İnşallah arzularına çatacaq.
Nuriyeva Gülnar Natiq qızı. Nuriyeva Gülnar natiq qızı 14 may 2005-cü ildə Haftoni qəsəbəsində anadan olmuşdur. O, Lənkəran şəhər Həqiqət Rzayev Adlına musiqi məktəbində oxuyur. Gülnar piano musiqi alətində gözəl ifa edə bilir. O, dəfələrlə S. Əliyev adına Haftoni qəsəbə orta məktəbinin bayram tədbirlərində öz musiqi məharətini göstərmişdir. O, da gələcəkdə gözəl musiqiçi olmaq arzusundadır.
Həvəskar gənc musiqiçilərv və şairlər

Məmiyev Layiq Şaiq oğlu. Məmiyev Layiq Şaiq oğlu 2004-cü ildə Haftoni qəsəbəsində musiqiçi ailəsində anadan olmuşdur. O, Haftoni məktəbində səkkizinci sinifə qədər təhsil almış və sonrada orta təhsilini Lənkəran şəhərindəki orta məktəblərin birində almışdır. Sonra isə o, Lənkəran şəhər Həqiqət Rzayev adına 2 saylı orta məktəbində musiqi təhsili almışdır. Balaca Layiq öz babası Məmiyev Elman Hərif oğlundan əxz etdiyi musiqi sənətini həvəslə davam etdirir. Onun arzusu gələcəkdə babası kimi tanınmış musiqi sənətkarı olmaqdır.
S. Əliyev adına Haftoni qəsəbə orta məktəbində şeir sənətinə də həvəs göstərən şagirdlər var. Onlardan biri də Baxşiyeva Günay Mubariz qızıdır.
Həvəskar gənc musiqiçilərv və şairlər

Baxşiyeva Günay Mubariz qızı . Haftoni qəsəbəsinin gənc –həvəskar şeir yazanlardan biri də Baxşiyeva Günay Mubariz qızıdır. Baxşiyeva Günay Mubariz qızı 31 mart 2002-ci ildə Lənkəran rayonu Haftoni qəsəbəsinin Talışlı kəndində anadan olmuşdur. Baxşiyeva Günay Mubariz qızı şeir sənətinə hələ uşaq çağlarından həvəs göstərmişdir. Belə ki, o ilk vaxtlar kiçik həcmli uşaq şeirləri yazmış və sonradan püxtələşərək indi müxtəlif vəzndə şeirlər yaza bilir. Günay məşhur şairlərimizin şeirlərindən bəhrələnərək indi çox gözəl şeirlər yazır və qəlbinin səsini şeirlərində tərənnüm edir. Baxşiyeva Günay Mubariz qızı hal-hazırda S. Əliyev adına Haftoni qəsəbə orta məktəbinin X sinifində oxuyur. O dərslərini yaxşı oxuyur və eyni zamanda şeir də yazır. Belə ki, Günayın 100-ə yaxın şeiri var. Onun şeirləri vətənpərvərlik, sevgi və saf insani hislərdən ibarətdir. Onun şeirləri əsasən qoşmalardan ibarətdir.
Allah
Dərgahından yol ver keçim,
Olsun mənim böyük fəthim,
Dərdlələrim bitəcək yəqin.
Dünən, bu gün ya da sabah,
Sənə səcdə edirəm allah!
Bizik allahın bəndəsi,
Hər kəsin vardır kimsəsi,
Allahın bizə simgəsi,
Səcdədəki sübhənallah
Sənə səcdə edirəm allah

Baxşiyeva Günay Mubariz qızı. 16. 03. 2018.

Baxşiyeva Günay gələcəkdə böyük şairə olmağı arzu edir. İnşallah arzusuna çatacaq.

Aqşin Mistanlı.Araşdırmaçı-Jurnalist
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930