dini radikalizm və ekstremizmlə mübarizə

SSRİ-NİN AZƏRBAYCANIMIZDA QURULMASININ MÜQƏDDƏS YURDUMUZA VƏ MİLLƏTİMİZƏ ÇOX BÖYÜK ZƏRBƏLƏRİ OLDU

SSRİ-NİN AZƏRBAYCANIMIZDA QURULMASININ MÜQƏDDƏS YURDUMUZA VƏ MİLLƏTİMİZƏ ÇOX BÖYÜK ZƏRBƏLƏRİ OLDU
ABŞ Prezidenti Ronald Reyqanın dili ilə desək, “SSRİ yerüzərindəiblisrejimidir”. Daha doğrusu, o, indi mövcüd olmadığı üçün deyə bilərik ki, SSRİ iblis rejimi “idi”. Sovet ideologiyasının arxasında bu məqsədlər dayanırdı: yeni qurulmaqda olan imperiyanın tərkibinə daxil ediləcək xalqların milli şüurunu məhv etmək; onları milli kimlikdən uzaqlaşdırmaq; onları rus xalqının içərisində əritmək, laborotoriyalarda bu xalqların bəzilərinin, yəni ki, gələcəkdə inqilab odu ilə alovlana biləcək insanların üzərində ciddi şəkildə analiz-eksperimentlər aparmaq, insanları dindən kənarlaşdırmaq və onlarda ifrat, hədsiz dərəcədə ateizm-allahsızlıq ruhu aşılamaq (Bu, xüsusilə SSRİ-nin tərkibinə daxil ediləcək müsəlman ölkələri və xalqları üçün nəzərdə tutulmuşdu. İndiyə baxsaq görərik ki, yaşlı nəsillərin əksəriyyətinin beynində, hələ də ateizm fikri və düşüncəsi özünü qoruyub saxlamışdır ki, bunun da səbəbi, vaxtı ilə, SSRİ-nin yürütdüyü və həyata keçirdiyi allahsızlıq ideyası idi) və s.
Çox böyük bir təəssüf hissi ilə bildirmək istəyirəm ki, Azərbaycanımızın da adı bu çirkin planların həyata keçirilməsi üçün nəzərdə tutulmuş ölkələrin siyahısında yazılmışdı. 1920-ci ilin 20 aprelində İblis öz XI qırmızı ordusu ilə müqəddəs yurdumuza daxil oldu və qanlı caynaqları ilə öz hakimiyyətini burada bərqərar etdi. Azərbaycanda Sovet hakimiyyəti qurularkən, nə qədər soydaşımız: mədəni, ziyalı, günahsızvə s. şəxsləramansızcasınaöldürüldü, yerüzərindənsilindi. QərbiAzərbaycantorpaqlarıalçaqermənilərəpeşkəşedildi.Hələ 1937-ci ildəkisürgünlər-repressiyadaha da betəridi...
AzərbaycantürkləriniRusiyanınənucqarşəhərlərinə: Sibirə, Maqadana, OrtaAsiyaya: Qazaxıstana sürgün etdilər, güllələdilər. İnsanlarımız düz yetmiş ilə yaxın SSRİ höküməti üçün, “qoruyucularımız” adlandırdıqlarıvəaxırda-1990-cı ilin o soyuq yanvar ayının 20-də tanklarla onların, ağıllarına belə gətirməyəcəkləri şəkildə üzərlərindən gəlib-keçəcək sovet ordusu üçün çalışdı, qan-tər tökdü. Nə var, nə var ki, onlara “ƏməkQəhrəmanı” mükafatıverəcəkidilər. Bunlar çox lazımsız bir şey idi təbii ki, əzizlər. “BöyükVətənMüharibəsi”-deyə, dəmvurduqlarışeytanoyunubizimmüharibəmizyox, məhzRusiyanınözmüharibəsiidiki, orada da bizimkiləramansızcasınahəlakolduvəadlarınayalandan “SovetİttifaqıQəhrəmanı” adlısaxtabir medal verildi.
Bu qədər zülmlərə, acımasızlıqlara baxmayaraq, hələ də Sovet dönəminin xiffətini çəkən vətəndaşlarımız vardır. Əcaba, onları həmin dövrə qaytarmaq istəyən narazılıq etdikləri kasıbçılıqdır, yoxsa İo Kio babanın sehirli xalatı? Ancaq bir daha nə onların və nə də yurdumuzun üzə gülə-gülə gələn, bizi milli kimlikdən çıxardan və Allahdan uzaqlaşdıran lənətlənmiş iblisin o qanlı caynaqlarına düşməsini istəmirəm!

Ərtoğrul Osman Əfəndi

Oxunub: 912
Oxşar xəbərlər
SON XƏBƏRLƏR