dini radikalizm və ekstremizmlə mübarizə

Gələn il Azərbaycanda qaz hasilatının 22% artacağı proqnozlaşdırılır

Gələn il Azərbaycanda qaz hasilatının 22% artacağı proqnozlaşdırılır
Gələn il Azərbaycanda 36 909,2 mln.kubmetr qaz hasilatı proqnozlaşdırılır ki, bunun da 24,732 mlrd. kubmetri əmtəəlik qazın payına düşür.

“Report” bu barədə 2019-cu il üzrə dövlət büdcəsi zərfinə istinadən xəbər verir.

2019-cu ildə ölkədə ümumilikdə qaz hasilatının həcminin bu ilin proqnozu ilə müqayisədə 22%, əmtəəlik qaz hasilatının həcminin isə 13% çox olacağı gözlənilir.

Qeyd edək ki, bu il Azərbaycanda 30,205 mlrd. kubmetr (əmtəəlik 21,920 mlrd. kubmetr) qaz hasilatı nəzərdə tutulur. 2017-ci ildə Azərbaycanda ümumilikdə 28 362,6 mln. kubmetr, 18 959,4 mln. kubmetr isə əmtəəlik qaz hasil edilib.

Oxunub: 691
Oxşar xəbərlər
SON XƏBƏRLƏR