» » Aşura günü və Kərbəla

Aşura günü və Kərbəla

Aşura günü və Kərbəla
Cəmiyyətin savadsızlığından istifadə edərək, dinimizdə olmayan əməlləri dində varmış kimi təbliğ etmək Qurani Kərimə və Sünnəyə zidd əməllərdəndi. Günümüzün aktual məsələlərindən biri olan Aşura mərasimi... Bu mərasim necə keçirilməlidir? Mərsiyə deyərək? yoxsa İmam Hüseynin şücaətliyini, qəhrəmanlığını, dinə və Rəsulullah-sallallahu aleyhi və sələm-ə bağlığını, onun əxlaqı ilə əxlaqlandığını təbliğ edərək?!

Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, imam Hüseyn cəmiyyətə fərqli prizmalarda təbliğ olunur.

Dörd haram aydan biri olan Məhərrəm ayı və Aşura günü İmam Hüseyn -radiyallahu anhın -şəhadət günündən qabaqda vardı. Sual oluna bilər İmam Hüseyn- radiyallahu anhu- ağlamaq, ona yas tutmaq, mərsiyə demək olar? əlbəttə olmaz! Çünki dinimizdə üç gündən artıq yas saxlamaq qadağan edilmişdir. Allah Rəsulu -sallallahu aleyhi və səlləm - Uhud döyüşündə şəhid olan əmisi üçün, üç gün yas vermişdir.

Gələk əsas mövzumuza Kərbəla şəhərində şəhadət şərbətini içən, Cənnət gənclərinin seyyidi, Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm -in nəvəsi imam Hüseyn -radiyallahu anhın - adına təşkil olunmuş Aşura mərasiminə. Məscidlərə axın-axın gələn camaat arasında sorğu keçirsək ki, imam Hüseyn kimdir? Aşura nə deməkdir? Camaat məscidə nə üçün Aşurada üz tutur? başqa vaxtlarda isə heç məscid tərəfədə üz tutmurlar? İmam Hüseyn kim üçün, nə üçün şəhid edilib və s. suallar verilsə camaatın az bir qismi cavab verə biləcək oda doğru və dürüst olsa əgər...

Artıq XXI əsrdi hər şey durmadan inkişaf edir. Cəmiyyətimizdə inkişaf edir. Amma nələrdə? ...

Cəmiyyətin oyanma vaxtı çatıb. Tam oyanmaq üçün azca cəhd etmək lazımdır. Nəyin düz, nəyin səhv olduğunu anlamalıyıq. İslam dini bizə nəyi təlqin edir, onu öyrənib həyatımıza tətbiq etməliyik. Sonra isə həmin öyrəndiklərimizi yaxınlarımıza öyrətməliyik. İslam dini bizlərə bu cür gəlib çatıb. İmam Hüseyn radiyallahu anhın həyatı başda olmaqla bütün Səhabeyi-Kiramın həyatlarını oxuyub həyatımıza tətbiq etməliyik.

İndi imam Hüseyn- radiyallahu anhı təbliğ edənlər. Onun üçün sinə vuranlar. Göz yaşı tökənlər özlərinə başqa gözlə baxsınlar! Hz. Hüseyn gəlib məni bu əməlimlə görsə mənə nə deyərdi? O əməli etməyə mənə icazə verərdi ya yox?! Bunun üçün imam Hüseyn -radiyallahu anhın- keçdiyi məktəbi yaxşı-yaxşı oxusunlar. Çünki o məktəbin müəllimi, Allah Rəsulu -sallallahu aleyhi və səlləm idi. Rəsulullahın, Səhabeyi-Kiramın, Tabeunun, Təbəi tabeunun etmədiyi əməlləri bu gün insanlara təbliğ etmək, Səhabəyə nifrət hissi oyatmaq, onlara söymək lənət oxumaq hansı dində icazə verilir. İslam bu kimi əməlləri qadağan edir.

Hz. Hüseyn - radiyallahu anhı -sevmək, Məhərrəm ayına xas əməl deyildir. İmamı bir ay sev, sonra isə istədiyin kimi yaşa. Onun əxlaqından, qəhrəmanlığından, Qurana və Rəsulullaha bağlılığından, səndə bir nəbzə yoxdursa quru dodaqlarının arasındakı sevgi ilə sən özünü aldatmış olursan. Sevgili Peyğəmbərimiz Kişi Sevdiyi ilə bərabərdir buyurur : Sən nə qədər İmam Hüseynlə bərabərsən Ey İmam aşiqi!

İmam Hüseyn ona görə zülmə qarşı mübarizə aparmadı ki, ondan sonra gələn insanlar təfriqəyə düşsünlər, parçalansınlar, üzülsünlər, özlərini döyüb, yaralayıb, yas tutub digər müsəlmanlara kin və nifrət bəsləyib, onların dəyərlərini təhqir etsinlər.

Başda da qeyd etdiyimiz kimi bu qədər keçmişə uzanan bir ayı və günü, fəzilətini bir kənara ataraq sadəcə matəmlə, İslam əhkamına və anlayışına zidd olan, bidət davranışlarla dəyərləndirmək əsla doğru deyildir. Demirəm Hz. Hüseyn unudulsun. İmam Hüseyn də xatırlansı ancaq əxlaqından, igidliyindən bəhs olunsun və örnək alınsın, həyatı təbliğ olunsun.

Rəbbim bizlərə Hz Hüseyn -radiyallahu anhın əxlaqı kimi bir əxlaq, şücaətliyi kimi bir şücaət nəsib etsin.

Mübariz İsaOğlu
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031