dini radikalizm və ekstremizmlə mübarizə

Metro qatarları yenilənir - Rəsmi

 Metro qatarları yenilənir - Rəsmi

Hazırda Bakı Metropolitenində 58 qatar və ya 290 vaqon var.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Qatarlardan yalnız 5-i (25 vaqon) kondisionerlidir. 2015-ci ildən Bakı Metropoliteninə ancaq kondisionerli, yəni 4-cü nəsil təhlükəsizlik sinfinə aid qatarlar alınır”.

B.Məmmədovun sözlərinə görə, qiymət artımından sonra yeni qatarların alınması nəzərdə tutulub:

“Hazırda vaqon alınması planda var. Hər vaqon istismar müddətini başa vuranda və yeni stansiyalar açıldıqca tələbata uyğun olaraq vaqonlar yenilənir”.

Qeyd edək ki, Bakı Metropoliteni bu il 2 yeni qatar (10 vaqon) alıb.

Oxunub: 761
Oxşar xəbərlər
SON XƏBƏRLƏR