dini radikalizm və ekstremizmlə mübarizə

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC sosial aksiya keçirib

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC sosial aksiya keçirib
Heydər Əliyev Fondunun təşəbbüşü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyi ilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin birgə əməkdaşlığı nəticəsində Ağdamın cəbhəyanı kəndi olan Çəmənlidə sosial aksiya keçirilib.

Səhmdar Cəmiyyətdən "Report"a verilən məlumata görə, Birinci Qarabağ Mübaribəsi əlili Çingiz Əsədovun sahəsində əkib-yetişdirdiyi soğan məhsulları tarlabaşında tədarük olunub.

Kənd sakini bir müddət əvvəl İctimai Birliyin üzvləri rayonda olarkən məhsullarının satışına köməklik göstərilməsini xahiş etmişdi. Hər iki qurum operativ məsləhətləşmə apararaq əlil vətəndaşın müraciətini müsbət cavablandırmaq haqda qərar qəbul ediblər.

Ümumi çəkisi 15 ton olan soğan məhsulları səhmdar cəmiyyətinin nəqliyyat vasitələri ilə real bazar qiymətinə tədarük olunaraq həftəsonu yarmarkalarda satışa çıxarılacaq.

“Bu il məhsuldarlığımız yüksək oldu, rayonda soğan istehsalı bol olduğu üçün satışında çətinliklə üzləşmişdik. Bir az da sahədə qalsa məhsulun böyük hissəsi kəskin istilərin təsiri ilə zay olacaqdı. “Regional İnkişaf” İctimai Birliyin üzvləri rayonumuzda olarkən müraciət etdim, onlarda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin köməyi ilə mənə böyük köməklik göstərdilər. Hətta məhsullarımı bazar qiymətinə uyğun qiymətə aldılar. Bu addımla məni gələn il daha çox əkməyə ruhlandırdılar", - kənd sakini bildirib.

Oxunub: 632
Oxşar xəbərlər
SON XƏBƏRLƏR