dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun doğum günüdür

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun doğum günüdür
2001 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun doğum günüdür!

Buludxan Əziz oğlu Xəlilov 25 iyul 1966 - cı ildə Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. Burada baş laborant, müəllim, indi isə professordur. Hazırda Dədə-Qorqud elmi - tədqiqat laboratoriyasına başçılıq edir. "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktorudur. Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst - xətti ilə seçilir. M.F.Körpülünün "Azəri" əsərini transliterasiya edib ön söz və şərhlərlə çap etdirmişdir. Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90 - cı illərindən dövri mətbuatda elmi, elmi - kütləvi məqalələrlə çıxış edir.

Oxunub: 1 082
Oxşar xəbərlər
SON XƏBƏRLƏR