dini radikalizm və ekstremizmlə mübarizə

Xaricdə olan zaman rominq xidmətlərindən səhv istifadənin fəsadları - ARAŞDIRMA

Xaricdə olan zaman rominq xidmətlərindən səhv istifadənin fəsadları - ARAŞDIRMA
Xaricə səfər zamanı Azərbaycan mobil operatorlarının rominq xidmətlərindən istifadə edərkən bəzi əlavə xərclər yaranır. Bu, əsasən, səfər olunan ölkədə operator seçimini düzgün etməyəndə baş verir.

“Türkiyədə “Azercell”in “Rominqdə İnternet Paketi”nə qoşulsam da sonradan mənə 350 manat borc yazılıb”. Bunu “Report”a istirahət məqsədi ilə Türkiyənin Bodrum şəhərinə gedən Tural Əhmədov deyib. Onun sözlərinə görə, Bodrumda hava limanında “Azercell”dən ona gələn mesaj əsasında 1GB internetin 19,9 manata təklif edildiyi “Rominqdə İnternet Paketi”nə qoşulub.

Şikayətçi bildirir ki, problemlər də bundan sonra başlayıb. Onun sözlərinə görə, “Azercell” müştəriyə bu internet paketinin yalnız “Türkcell” mobil operatoru şəbəkəsi daxilində mümkün olduğunu qeyd etməyib.

“Hava limanında mənə ilk olaraq “Xoş gəlmisiniz mesajı” gəldi. Daha sonra isə qeyd etdiyim internet paketi ilə bağlı təklif gəldi. SMS-də bildirilirdi ki, “Türkcell”də internetdən istifadə etmək üçün göndərilən şifrəni yığmaq lazımdır. Mən də sevindim və interneti aktiv edim. Amma bu kampaniyanın yalnız “Türkcell” şəbəkəsi daxilində qüvvədə olması, yaxud şəbəkəni avtomatik deyil “əllə” (manual) qeyd etdiyim mobil operatora yönləndirmək lazımdır. Mənə gələn SMS-də yalnız kampaniyan çərçivəsində paketin 14 gün qüvvədə olacağı yazılmışdı” - deyə Tural Əhmədov qeyd edib.

Abunəçi ona borc yazıldığını yalnız 3 gün sonra nömrəsi bağlandıqda bilib:

“3 gün sonra nömrəm bağlandı. Araşdırdım və məlum oldu ki, 350 manat borc yazılıb. Artıq mən bu pulu ödəmişəm. Əminəm ki, xaricə səfər edən abunəçilərin əksəriyyəti bu məsələdə problem yaşayır. Amma istəyirəm ki, mənim düşdüyüm bu vəziyyətlə heç bir abunəçi qarşılaşmasın. Çünki “Azercell”ə onu sübut etmək də mümkün olmur. Onlar iddia edir ki, biz birinci SMS-də “Türkcell” şəbəkəsində belə bir kampaniya etməklə bağlı təklif göndərilib”.

“Azercell Telekom” MMC-dən “Report”a bildirilib ki, abunəçiyə “Türkcell” şəbəkəsini seçmək lazım olduğunu ingiliscə göndərilən bildiriş SMS-də göstərilib:

“Əgər cihazda şəbəkə seçimi avtomatik seçilibsə onda şəbəkə dəyişilə bilər. Amma sırf “Türkcell” şəbəkəsini “manual” seçmək lazım idi. Yəqin abunəçi bunu etməyib, ona görə də şəbəkə avtomatik dəyişib. Biz sistemdə yoxladıq və məlum oldu ki, vətəndaş ilk olaraq “Vodafone” operatorunun şəbəkəsində olub, daha sonra isə “Türkcell”ə keçib və paketdən istifadə etməyə başlayıb. Biz abunəçilərə bildiririk ki, “Türkcell” şəbəkəsini seçsinlər. Amma SMS-də qeyd edə bilmərik ki, həmin operatorun şəbəkəsini “avtomatik” deyil “manual” olaraq seçin. Yəni “Türkcell” şəbəkəsinə keç, artıq o deməkdir ki, bu şəbəkəni siz “manual” olaraq seçməlisiniz. Əslində “Azercell” tərəfindən burda hər hansı səhvə yol verilməyib. Əgər mesaj getməmiş olsaydı, “Azercell” tərəfindən böyük bir problem olardı”.

Xaricdə olan zaman rominq xidmətlərindən səhv istifadənin fəsadları - ARAŞDIRMA
Xaricdə olan zaman rominq xidmətlərindən səhv istifadənin fəsadları - ARAŞDIRMA

Oxunub: 947
Oxşar xəbərlər
SON XƏBƏRLƏR