dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ əlilləri protezlərlə təmin olundu

Qarabağ əlilləri protezlərlə təmin olundu


Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub. Bu protezlər amputasiya olunan hissə ilə hərəki uyğunluğu təmin edən texniki imkanlara malikdir. İstifadəçi protezi amputasiya olunan hissənin davamı kimi hiss edir və daha rahat hərəkət edir.Qarabağ müharibəsi əlillərindən 6 nəfər “Harmony P3” aktiv vakuum sistemli protezlə, 1-i “Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protezlə, 3 nəfər isə “BeBionic 3” əl protezi ilə təmin edilib. Onlar artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir, bəziləri isə paralimpiya idman növləri ilə məşğul olur.

Səbinə`Saday

Oxunub: 595
Oxşar xəbərlər
SON XƏBƏRLƏR