dini radikalizm və ekstremizmlə mübarizə

Ov mövsümü başlayır - Amma ovçular diqqətli olmalıdır

Ov mövsümü başlayır - Amma ovçular diqqətli olmalıdır


Sabahdan Azərbaycan ərazizində ov mövsümü başlayır.

DJB.az-ın məlumatına görə, mövsüm 2019-cu ilin mart ayının 16-a qədər davam edəcək. Ovçuluğa şənbə və bazar günlərində icazə veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, ovçular ovçuluq təsərrüfatı sahələri və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər. Ağdam, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və sərhədyanı rayonların ərazilərində isə ov etmək qadağandır.

Nazırlik rəsmisi bildirib ki, qanunsuz ov edənlərə qarşı cərimələrin artırılması üçün yeni qərar layihəsi hazırlanıb.

Ötən il və bu ilin 4 ayı ərzində 300-ə qədər yerli vətəndaş brakonyerliklə məşğul olduğu üçün saxlanılıb və cərimələnib. Bu ilin 3 ayı ərzində 7 xarici ölkə vətəndaşının hər biri qanunsuz ova görə 2000 manat məbləğində cərimə edilib və onların ölkədən çıxarılması barədə qərar verilib.

Üliyyə Şahin

Oxunub: 757
Oxşar xəbərlər
SON XƏBƏRLƏR