dini radikalizm və ekstremizmlə mübarizə

Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışda hərəkət məhdudlaşdırılır

Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışda hərəkət məhdudlaşdırılır
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədəüfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə axşam saatlarına qədər avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxunub: 671
Oxşar xəbərlər
SON XƏBƏRLƏR