dini radikalizm və ekstremizmlə mübarizə

"Azərsu" abunəçilərinə suya görə borcu hesablamaq imkanı yaradıb

"Azərsu" abunəçilərinə suya görə borcu hesablamaq imkanı yaradıb
"Azərsu" ASC Elektron Hökumət Portalı üzərindən daha bir xidmətini abunəçilərinin istifadəsinə verib.

"Report" xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, sayca 12-ci olan bu elektron xidmətlə abunəçi sayğacın üzərindəki göstəricini sistemə yükləyərək borcunu hesablaya biləcək.

"Son illər aparılan işlər nəticəsinsə 3 mindən çox yaşayış binasında su sayğacları evlərin daxilindən çölə çıxarılıb. Bununla belə, xeyli sayda abunəçudə sayğaclar evin içərisindədir və bu, su borcunun hesablanmasına problem yaradır. Artıq bu elektron xidmətlə vətəndaş özü sayğacın şəklini çəkib sistemə yükləyəcək və bununla da borc hesablanacaq", - o qeyd edib.

Bundan başqa, A.Cəbrayıllının sözlərinə görə, artıq 8 ildir bir sıra dövlət qurumları elektron xidmətlərin tətbiqinə başlayıb. "Azərsu" da 2011-ci ildən bu istiqamətdə çalışır. 2017-ci ilə qədər 11 elektron xidmət üzrə quruma 350 min müraciət daxil olub.

Oxunub: 601
Oxşar xəbərlər
SON XƏBƏRLƏR