dini radikalizm və ekstremizmlə mübarizə

Facebook insan simasının iç üzünün oxunan vərəqidir

Facebook insan simasının iç üzünün oxunan vərəqidir
Adi bir göndərilən dostluğa nəzər etdiyində həmin insanın səhifəsində nələr yerləşdirdiyindən asılı olaraq onun necə insan olduğunu dəyərləndirirsən. Belə ki, bir insanın hansı amala xidmət etdiyini , düşüncələrini , ağlını , savadını , milli məfkurəsini apardığı qeydlərdə görürsən . Bəzi insanların daha çox diqqətdə olaraq özünə ətraf mühiti necə cəlb etməsi ilə yanaşı , bəzilərinin ümumiyyətlə diqqətszlikdə qalması mənzərəsi , bu ikili arasındakı fərqin təzahürüdür. Və məhz bu hal bu şəxslərin kim olduqlarının açıq aydın göstəricisidir. Facebookda alimindən yazarına , millət vəkilindən biznesmeninə , məmurundan müəlliminə , hakimindən həkiminə kimi və bir çox sahələrin peşə sahibləri var. Istənilən məsələnin ictimailəşdirilməsi yönündə facebook böyük rol oynayır . Facebook ictimai sosial şəbəkədir. Və bunun milyonlarla istifadəçisi var.
Facebookdan niyə yazmaq qərarına gəldim?...
Bəzi bəsit düşüncəli insanların facebook haqqında özlərinə məxsus yanaşmasından dolayı bu qərarı aldım. Adamın pafoslu danışığından belə nəticəyə gəlmək olar ki, iki kəlimə sözü bir birinin arxasıca yaza bilməyən biri özünə məxsus hörmət , izzət qazanmış insanı gözdən salmaq üçün özünü ''ağıllı'' göstərərək buradakı fəal istifadəçiliyi aşağılamasıdır. Halbu ki , həmin insan(lar) ictimaiyyətə məhz facebookdan atılıb. Cəmiyyət bu gün onu burdan tanıyır, dəyər verir , sevir. Insan haqqını yemək olmaz. ''Dost''qazandıqca sevdiklərinizi , dəyərinizi və əsl dostlarınızı itirirsiniz.

PS: Məndən dost tövsüyəsi...Hər şeyin təzəsi, dostun köhnəsi.
Hər yeni tanıdığın axmağın arxasıca qaçdıqca arxadakı körpüləri yandırırsan. Qayıtmağa üz qoy, gərəyin olacaq ...

Könül Məmmədzadə

Oxunub: 1 259
Oxşar xəbərlər
SON XƏBƏRLƏR