» » Ölkə ərazisində 250 daş karxanasının fəaliyyəti dayandırılıb

Ölkə ərazisində 250 daş karxanasının fəaliyyəti dayandırılıb

  • 14-05-2018, 11:08
  • sosial
  • 111
Ölkə ərazisində 250 daş karxanasının fəaliyyəti dayandırılıb
Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının monitorinqini aparıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, nəticədə respublika üzrə 585 daş və qum-çınqıl karxanalarının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb. Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb.

Hazırda 238 daş və qum-çınqıl karxanaları fəaliyyət göstərir ki, ondan 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Monitorinqlər nəticəsində 127 karxanada baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Hazırda, 42 karxanada araşdırmalar davam etdirilir. Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib.

Monitorinqlər zamanı qeyri-qanuni fəaliyyət göstərən karxanalar tərəfindən korlanmış torpaqlar əsasən dövlət mülkiyyətinə aid çay yataqlarında, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı və vətəndaşların özəl pay torpaqlarına aiddir.



Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.



Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsində mayın 12-də daha çox qanunsuz daş karxanaları fəaliyyət göstərən rayonların icra hakimiyyəti başçılarının müavinləri ilə toplantı keçirilib.
Oxşar xəbərlər
AYDIN`ULUSOY-un`Baxış`bucağı
AYDIN`ULUSOY-un`Baxış`bucağı
İnsanlar uzun illər yatacaqlar - Rusiyadan SENSASİYALI ARAŞDIRMA Rusiyalı elm adamları uzunmüddətli planetlərarası uçuşlar Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Türkmənlərin Bakıya axını: hamam dəsmalı satıb dollar aparırlar Son bir neçə aydırtürkmənlərinBakıya axını başlayıb. Читать далее
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otagı silsiləsindən
Valideynlər! Bu yazıya DİQQƏT EDİN! Uzun illərdir insanlar üzərində aparılan təcrübələr, vurulan peyvəndlər barədə məqalələr Читать далее
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
NURAY DƏNİZ-in Maraq otağı silsiləsindən
Azyaşlı 2 qızı zorlandı, İŞİD üzvünə ərə verildi, dəfələrlə... - Bakı sakininin Suriya DƏHŞƏTİ Bakı sakini Pərvanə Читать далее
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031