» » Kürdəmirdə şəhid Aqil Alışovun barelyefi açılıb

Kürdəmirdə şəhid Aqil Alışovun barelyefi açılıb

Kürdəmirdə şəhid Aqil Alışovun barelyefi açılıb


Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində Qarabağ uğrunda döyüşlərdə şəhid olan çavuş Aqil Alışovun xatirə barelyefi açılıb.

Şəhid Aqil Alışovun yaşadığı evin qarşısında qoyulan barelyefin açılış mərasimində rayon icra hakimiyyəti aparatının işçiləri, ictimaiyyət nümayəndələri, şəhidin təhsil aldığı kənd məktəbinin müəllimləri, ağsaqqallar və gənclər iştirak ediblər.

Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həyatını qurban verən şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad olunub.

Sonra barelyefin açılışı olub, məktəblilərin ifasında şəhidlərimizə həsr olunan şeirlər söylənilib.

Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda çətin və şərəfli mübarizədən, ümummilli lider Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin bu sahədə xidmətlərindən danışıb, şəhid Aqil Alışovun, həmçinin digər şəhidlərimizin qanının yerdə qalmayacağını söyləyib.

Şəhidin döyüşçü yoldaşları, təhsil aldığı Qarabucaq kənd tam orta məktəbin direktoru Rəhman Mikayılov və başqaları Aqil Alışovun keçdiyi döyüş yolundan söz açıblar. Bildirilib ki, A.Alışov 1973-cü il noyabrın 26-da rayonun Qarabucaq kəndində anadan olub, 1990-cı ildə kənd tam orta məktəbini bitirib. 1992-ci ildə hərbi xidmətə gedən Aqil Vətənin ağır günündə ön cəbhədə olub. Ağdam və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, öz şücaəti ilə fərqlənib.

Sonda şəhidin qardaşı İlham Alışov və anası Nahizə Alışova göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031