» » Bağlanan yollar nə vaxt AÇILACAQ?

Bağlanan yollar nə vaxt AÇILACAQ?

Bağlanan yollar nə vaxt AÇILACAQ?


''Formula-1'' ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanan küçələrin nə vaxt açılacağı məlum olub. Bu barədə Bakı şəhər dövlət yol polis idarəsinin bölmə rəisi vaqif əsədov məlumat verib. Bundan başqa hərəkət sxemi dəyişdirilən 17 marşrut xətti də əvvəlki rejimdə işləyəcək.

''Formula-1 Azərbaycan Qran-Prisi'' ilə əlaqədar bağlanan küçə və prospektlərdə hərəkət yaxın günlərdə bərpa ediləcək...Bu barədə ''Xəzər Xəbər''ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Qeyd edək ki, Formula-1 yarışları Azadlıq meydanından başlayaraq Puşkin, Xaqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti ilə eyni marşrut üzrə nəzərdə tutulduğundan bu istiqamət üzrə avtomobillərin istifadəsinə məhdudiyyət qoyulub.

''Formula 1''-lə bağlı istiqamətini dəyişən avtobuslar da əvvəlki rejimə qayıdır. İctimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar əvvəlki rejimdə fəaliyyət göstərəcəklər. Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, avtobusların hərəkəti həmin yollarda mayın 1-dən etibarən açılacaq.

Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə avtobuslar da 1 may tarixindən sərnişinlərə xidmət göstərəcək.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829