» » Toylarda yeni trend - dəvətnamədən sonra gələn ZƏNG

Toylarda yeni trend - dəvətnamədən sonra gələn ZƏNG

Toylarda yeni trend - dəvətnamədən sonra gələn ZƏNG
“Həmişə toylarda”-bir vaxtlar hamının böyük ürək və həvəslə səsləndirdiyi bu arzunu indi kiməsə deyəndə “həmişə nədir, bezmişəm salam verdiyim adamların toyuna getməkdən” cavabını verir. Bəli, qəribə də olsa, bir dəfə hansısa tədbirdə, qonaqlıqda təsadüfən görüşüb, tanış olduğun adam üstündən 1 ay keçməmiş dəvətamə göndərir. Hələ bu harasıdır?! İndi insanların çoxu “devalvasiyadan sonra vəziyyət yaman pisləşib” fikrini əlində bayraq tutaraq, dəvətnamə göndərdiyi adama bir də zəng edir: “Toya gələcəklərin siyasıhısını dəqiqləşdiririk”. Bu məqada isə sənin toya getməmək fikrinin üstündən xətt çəkilir. Toya nəmər üçün yazılacaq pulun olmasa da məcburən “gələn ayın maaşında qaytararam” düşüncəsilə birindən borc tapırsan. Amma bütün bunlara nə lüzüm var?...

Milli Məclisin deputatı Fazil Mustafa da Modern.az-a toya adətlərimizin getdikcə qəribə hal almasında gileyini bildirirb:

“Milli adətlərimizin içində ən maraqlısı toya dəvət etmə prosedurası sayıla bilər. Adam dəvətnamə göndərir və ya şəxsən özünə təqdim edir. Toy günü bir də zəng edir ki, “bəs kiminlə oturmaq istəyirsiniz? Demək, dəvətnamədən sonra da insana gedib-getməmə seçimini vermək istəmirlər. Ötənlərdə bir uzaq tanışım zəng edib ki, "bəs bu gün qızının toyudur, bilmək istədim dəvətnamə sizə çatıb, yoxsa yox. Bir də bilmək istərdik ki, harada və kiminlə oturmaq istəyirsiniz?"

Adama xatırladıram ki, bir həftə öncə filan tədbirdən çıxanda dəvətnaməni şəxsən özünüz mənə vermisiniz. Dəvətnamə yerə də düşməyib, məndən başqa da yanımızda kimsə olmayıb ki, səhvən ona verəsiniz və sair və ilaxır. Oturmağa gəldikdə isə, bizim vəhşi toy məclisində səs terroru o qədər vahiməlidir ki, imkan olsa foyeyə bir stul qoyub orada sakit oturub çaydan-zaddan içərəm”.

Deputat bildirir ki, bu cür dəvətlər insanın müsbətə kökləndiyi toy abu-havasını öldürür:
Toylarda yeni trend - dəvətnamədən sonra gələn ZƏNG

“Gəlməsən inciyərik də deməzlər, ayıbdır, dur gəl deyərlər. Üstəlik də yas məclisində olduğu kimi, toyunda da saxtakarlıq baş alıb gedən gözəl məmləkətim. Yasda vəzifəli şəxs gələn kimi hamı durub yerini ona verir, toyda da masa imtiyazı nəzərdə tutulur. Toyunda, yasında belə səmimiyyəti itirmiş bir toplumun durumuna acımaya bilmirsən. Bu cür azərbaycansayağı dəvətdən sonra indi gəl şənlən görüm, necə şənlənirsən..”.
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30